Ankarada ulu öndər
Heydər Əliyevə həsr edilmiş konsert
Azərbaycanın
Türkiyədəki səfirliyi və Hacettepe Universiteti
Ankarada ulu öndər Heydər Əliyevin vəfatının
9-cu ildönümü iIə əlaqədar simfonik konsert təşkil
etmişlər.
“Mərkəz”
xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin
müavini Elçin Əfəndiyev, Prezident
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycanın
və Türkiyənin mədəniyyət və turizm nazirləri
Əbülfəs Qarayev və Ərtoğrul Günay, təhsil
naziri Misir Mərdanov, digər rəsmi şəxslər, elm və
incəsənət xadimləri konserti dinləmişlər.
Konsertdən
əvvəl çıxış edən Əbülfəs
Qarayev ulu öndər Heydər Əliyevin “bir millət, iki
dövlət” adlandırdığı Türkiyə və Azərbaycan
xalqlarının dahi şəxsiyyətin əziz xatirəsini
birgə andıqlarını vurğulamışdır.
Türkiyənin tanınmış dirijoru, maestro Burak Tüzünün idarə etdiyi simfonik orkestr solistlər-xalq artisti Fərhad Bədəlbəyli, skripkaçı Toğrul Qəniyevin iştirakı ilə məşhur türk bəstəkarı Camal Erkinin və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfonik əsərlərini ifa etmişlər.
Ayşə Osmanova.
Mərkəz.-2012.-15 dekabr.-S.-14.