Ürək
ağrısı
Güclü
işıq, o cümlədən gün işığı kəskin
ürəktutması və ya ürəktutmadan sonrakı ciddi
fəsadların inkişafını azalda bilər. Kolorado
Universitetinin kardioloqu Tobias Eklenin fikrincə, ürək xəstələri
günəş işığının çox olduğu
palatada yatanda daha tez sağalırlar.
Çox yəqin
ki, bunun sirri sutkanın işıqlı və qaranlıq
dövrləri ilə bağlı orqanizmin “daxili
saat”ındadır.
Sutkalıq
ritmi beyindəki proteinlər müəyyənləşdirir. Ürəkdə də həmin
proteinlər var. Məsələn,
“Period 2” proteini ürək
tutmalarının nəticələrinin
aradan qaldırılmasında
mühüm rol oynayır.
Ürək tutmaları zamanı ürək oksigen qıtlığı
ilə qarşılaşır
və “ənənəvi
yanacaq” olan yağlardan qlükozaya keçməli olur. Ürək metabolizmində dəyişikliklər
olmazsa, ürəyin hüceyrələri ölür,
ürəyin özü
isə zədələnir.
“Period
2” proteinin ürəyin
bir “yanacaq”dan başqasına keçidi
üçün mühümdür
və üstəlik
o, metabolizmin effektini artırır. Gün işığında isə “Period 2” fəallaşır,
ürəyə dəyən
ziyanı azaldır.
Ümumiyyətlə, ürək ağrıları günümüzdə
də insanları narahat edən əsas sağlamlıq problemlərindəndir. Bəs görəsən ürək
ağrıları, tutmaları
yaşayan insanlar nələr etməlidir ki, bundan azad
ola bilsinlər?
Pozulan nəbz nədən xəbər verir?
Mütəxəssislərin dediyinə görə, nəbzin pozulması heç də ürəyin xəstə olması demək deyildir. Müxtəlif hallardan, əksər
hallarda isə əsəbilikdən baş
verən ürək narahatlıqlarını vaxtında
müalicə etmək
olar. Ürəkdə
narahatlıq hiss olunarsa,
hər şeydən qabaq düzgün qidalanmaq, az-az və tez-tez yemək məsləhətdir.
Xüsusilə, kök adamlar
yemək məsələsində
diqqətli olmalıdırlar.
Xəstəlik zamanı süd
işlətməkdən, duzlu
yeməkdən çəkinmək
lazımdır. Həmçinin
ürəyin sağlam
olması üçün,
həkimlər səhər
yeməyinə və nahara 1 alma və
ya qreypfrut yeməyi məsləhət
görürlər. Xolesterinlə mübarizə etmək üçün, menyunuza balıq yeməklərini də əlavə etmək məsləhət
görülür.
Onu da yadda
saxlamaq gərəkdir
ki, pendirdə, smetanda, yağda, kolbasa və mayonezdə, ürəyə
zərər gətirən
piylər var.
Orta həddə üzüm çaxırı
qəbul edən və tez-tez cinsi əlaqədə olan insanlar, infarkt və insult təhlükəsindən qorunmuş
sayılırlar.
Ürək əzələlərinin
möhkəmləşməsi üçün gündə
5 kilometr gəzmək
lazımdır, siqaret
çəkməyin yerinə
isə bir kök yemək məsləhət görülür.
Psixoloqlar isə məsləhət görür
ki, böyük dərdiniz varsa ürəkdən ağlayın,
xırda problemləri
isə çalışın
ümumiyyətlə yaddaşınızdan
siləsiz. Ən çox ürək
ağrılarına səbəb
olan, diqqətinizi ailə konfliktlərinizə
yönəldin. Münasibətlər
son həddə çatıbsa,
bu problemi dərhal həll etməyə çalışmayın,
bayıra çıxıb
bir az
hava alın.
Çoxlu hərəkət edin. Çünki həyatımızın böyük bəlalarından
biri də – hipokineziya (hərəkət
çatışmamazlığı) əlamətidir.
Cavan insanlara çoxlu qaçmaq, ayaq xizəyində gəzmək, velosiped sürmək, üzmək
lazımdır ki, bədənində yüngül
yorğunluq hiss edə
bilsin.
Yox əgər yaşlı insansınızsa,
az da
olsa çalışın
hərəkət edəsiz.
Evdə,
bağçada gəzmək
– xəstəliklərin ən
yaxşı profilaktikasıdır.
Unutmayın ki, yaşlı
olarkən müxtəlif
cür hərəkətdə
olmaq ömrü uzadır.
Damarlarda yaranan hər
cür yağlı çöküntüləri təmizləmək
əsas müalicə
üsullarından biridir. Bunun üçün 10 gün ərzində üzüm rejiminə keçmək məsləhətdir.
Bəzən uzunmüddətli üzüm rejiminə də keçirlər.
Böyrək narahatlığından yaranan ürək zəifliyi zamanı, üzüm şirəsi ürək əzələlərinin
enerjisini artırır,
zərərli maddələri
bədəndən çıxarır
və ürəyin fəaliyyətini asanlaşdırır.
Ürək zəifləyərsə
və döyüntülər
nizamsız olarsa, bal işlətmək ən faydalı vasitələrdən biridir.
Ürək-damar çatışmazlığı
hallarında da bal olduqca təsirli
hesab edilir. Bu zaman zirinc
şərbətindən də
(gündə 30 – 150q) istifadə
etmək olar.
Ürəyi xəstə olanlar çox duz və su
işlətməkdən çəkinməlidirlər. Çay əvəzinə pişikotu və sümürgən çiçəyini
dəmləyib içmək
məsləhət görülür.
Meyvə şirəsi,
o cümlədən alma,
heyva və üzüm şirəsi ürək üçün
faydalıdırlar. Ürək
xəstəlikləri olanlar
müntəzəm olaraq
limon yeməli
və ya limon şirəsi işlətməlidirlər.
Zəfəran ürəyi və mədəni qüvvətləndirir, darçın
çayı ürək
zəifliyi zamanı məsləhət görülür. Lakin onu işlətməkdə
ifrata varmaq olmaz. Ürək ağrıları zamanı
10 q pişikotu kökünü
0.5 l suda dəmləyib
gündə 3 dəfə,
hər dəfə 1 qaşıq olmaqla işlətmək lazımdır.
Ürək xəstəliyi
zamanı çox çay içmək olmaz, bunun əvəzində
ayran, süd, meyvə şirəsi (alma, armud, limon)
işlətməli, qızılgül
və ya sümürgən çiçəyindən
dəmlənmiş çay
içmək lazımdır.
Ürək zəifliyi zamanı
kök, çuğundur,
başqa tərəvəz
və göyərtilər
işlətmək məsləhət
görülür.
Ürək döyüntüsü,
halsızlıq və
ruh düşkünlüyü
zamanı işlədilən
vasitələr.
Qızılgülün suyunu içmək
ürəyi möhkəmləndirməklə
yanaşı, onun döyüntüsünü azaldır
və bütün daxili orqanlar üçün faydalı
hesab olunur. Qızılgülü iyləmək də
faydalıdır. Həmçinin almanın içini çıxarandan sonra oraya zəfəran doldurub iylədikdə də ürəyin döyüntüsü azalır.
Ürək döyüntüsünü
azaltmaq üçün
ən sadə və faydalı dərman kərə yağı və beçə balı
yeməkdir. Banan da ürək
döyüntüsü və
ruh düşkünlüyünə
qarşı xeyirlidir.
Nanə qoxulamaq və yemək bəlğəmli
astma ilə müşayiət olunan ürək döyüntüsünə
qarşı işlənən
faydalı dərman sayılır. Ürək döyüntüsü,
ürək sıxıntısı
və susuzluqla müşayiət olunarsa turş nar şirəsi,
gavalı və xurma şirəsi, naringi şirəsi və abqoranı şəkər şərbəti
ilə qatıb işlətmək olduqca faydalıdır.
Ürəkdə problem yaşandığı
məqamlarda o da məlumdur ki, xəstələr təngənəfəslikdən
də əziyyət çəkirlər. Bunun üçün cirə yəmək nəfəsalmanı asanlaşdırır.
Onu süsən kökü ilə qaynadıb içmək daha faydalıdır. Çobanyastığı da eyni təsirə
malikdir.
Badam yağını bal, süsən kökü, mum və gül yağı ilə qatıb istifadə etmək təngnəfəsliyə qarşı
yaxşı vasitədir.
Buna qarşı işlədilən dərmanlardan
biri də təzə süddür.
Dəvə südü isə
ən faydalı hesab edilir.
Təngnəfəsliyə qarşı işlənən təsirli
dərmanlardan heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm sirkəsi də xüsusi qeyd edilməlidir. Xörəkdə darçın işlətmək
nəfəs yolunu genişləndirir. Bu cəhətdən kərəviz
yemək də faydalıdır. Zəfəran
ağ ciyərləri
möhkəmləndirir və
nəfəsalmanı asanlaşdırır.
Ürəkkeçmə zamanı istifadə olunan vasitələr.
Ürəkkeçmədə süsən iyləmək faydalı, zəfəran isə zərərli hesab edilir. Turş narın suyunu çıxarıb, yarısına
qədər şəkərlə
qataraq süzgəcdən
keçirmək və
istifadə etmək ürəkkeçmə zamanı
çox faydalıdır.
Yaxşı dərmanlardan biri
də şirin badam yağıdır.
Ürəkkeçmədə gavalı yemək və bal şərbəti
içmək məqsədəuyğundur.
Ürəkkeçmənin başlanğıcında
ən sadə və sınanmış vasitələrdən biri su və ya
şərbət içməkdir. Eyni zamanda təzə
xiyar qoxulamaq da məsləhətdir.
Sınanmış dərmanlardan biri
də turş heyva suyudur. Heyvanın qabığını
soyub, içini təmizləyəndən sonra
döyüb suyunu çıxarır və süzüb bir gecə saxlayır, sonra isə ona bal və
şəkər qatıb
dərman kimi istifadə edirlər.
Ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və onu soyuq tər
basarsa, üzünə
sərin su və gülab çiləmək, gülab,
kafur, müşk və ənbər iylətmək, limon
və naringi yedirtmək məsləhətdir.
Qızılgülün suyunu da damcı-damcı içirtmək
çox faydalı hesab olunur.
Fəridə Abdıyeva
Mərkəz.- 2012.- 2 may.-S.13.