Azərbaycan Türkiyə tarixçisini mükafatlandırdı

 

 Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində AMEA-nın Tarix İnstitutunun müdiri professor Yaqub Mahmudovun, Türkiyənin dünyada tanınmış tarixçisi professor Halil İnalcıka AMEA-nın Tarix İnstitutunun Fəxri Doktoru adı verməsi ilə bağlı mərasim təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, tədbirdə, Türkiyə Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mustafa İsen, səfir Faiq Bağırov, Bilkent Universitetinin İdarə Heyətinin sədri Əli Doğramacı, AMEA-nın Tarix İnstitutunun müdiri professor Yaqub Mahmudov başda olmaqla qeyd olunan qurumun çox sayda əməkdaşları, Bilkent Universitetinin tarix fakültəsinin qurucusu və dünyada tanınmış usta tarixçi professor Halil İnalcık, Bilkent Universitetinin qabaqcıl müəllim və tələbə kollektivi və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri Bilkent Universitetinin rektoru professor Abdullah Atalar açmış, ardından qeyd olunan universitetin tarix fakültəsinin alimləri professor Halil İnalcıkın elmi yaradıcılığı haqqında geniş çıxışlar həyata keçirmişlər.

Daha sonra söz AMEA-nın Tarix İnstitutunun müdiri professor Yaqub Mahmudova verilmişdir. O öz çıxışında professor Halil İnalcıkın yaradıcılığı ölkələrimiz arasında tarix elminin tədqiqi sahəsində atılması zəruri olan addımlardan geniş təsirli bir şəkildə bəhs edərək, auditoriyaya ölkəmizin haqlı tezislərini tam qəbul etdirmişdir. Daha sonra alimimiz Yaqub Mahmudov, professor Halil İnalcıkın fəxri doktor diplomunu AMEA-nın dəyərli əsərlərindən bəzilərini ona təqdim etmişdir.

Eyni gündə səfirliyimiz ilə Ankara Universiteti birlikdə sözügedən universitetdə "Türkiyə Azərbaycan - baxış liderlik mirası" adlı konfrans təşkil etmişdir. Konfransda səfir Faiq Bağırov başda olmaqla səfirliyimizin əməkdaşları; millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, Yaqub Mahmudov, Xanhüseyn Kazımlı; türkiyəli millət vəkilləri Sinan Oğan; Əli Özgündüz, Şuay Alpay; Ankara Universitetinin rektoru professor Erkan İbiş başda olmaqla universitetin qabaqcıl müəllim tələbə kollektivi; diaspor nümayəndələrimiz KİV təmsilçiləri iştirak etmişlər.

Tədbiri Ankara Universitetinin rektoru professor Erkan İbiş açmış ardından, səfir Faiq Bağırov, millət vəkilləri Yaqub Mahmudov, Sinan Oğan, Jalə Əliyeva, Əli Özgündüz, Şuay Alpay, Qənirə Paşayeva Xanhüseyn Kazımlı müfəssəl təsirli çıxışlar həyata keçirmişlər. Çıxışlar zamanı Azərbaycan Türkiyə qardaşlıq dostluğu, ümummilli liderimiz Heydər Əliyev Mustafa Kamal Atatürk siyasi şəxsiyyətləri, iki ölkə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılması zəruri olan addımlar müştərək gələcəyin qurulması üçün əməkdaşlığın əhəmiyyəti ilə bağlı dəyərli fikirlər səsləndirilmişdir.

Ardından, Ankara Bakı Dövlət Universitetlərindən iki tələbə Türk İnqilab Tarixi İnstitutunun müdiri professor Temuçin Faiq Ertanın Azərbaycan Türkiyə münasibətlərinə dair elmi prezentasiyalarından ibarət panel öz işinə başlamışdır.

Daha sonra çıxış edənlərə Ankara Universitetinin simvolu olan suvenirlərin təqdimatı olmuşdur. Səfir Faiq Bağırov da Ankara Universitetinin rektoru professor Erkan İbişə ümummilli liderimizin rəsminin olduğu bir hədiyyə təqdim etmişdir.

Tədbir zamanı iştirakçılara ölkəmizin mədəniyyəti, ədəbiyyatı, tarixi incəsənəti ilə bağlı türk dilində nəşr etdirilən İrs-Miras jurnalı ümummilli liderimizin həyatından bəhs edən "Əbədiyyət" sərlövhəli DVD təqdim olunmuşdur.

 

 

Mərkəz.- 2012.-9 noyabr.-S.-12.