"Bakı gecələri-2012" Estrada Mahnı Festivalının qaliblərinə səsvermələr davam edir

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilənBakı gecələri – 2012” Estrada Mahnı Festivalına start verildi.

Festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək estrada mahnı janrını inkişaf etdirməkdir.

2008-ci ildən etibarən hər il keçirilənBakı Gecələri” Estrada Mahnı Festivalı tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilir böyük rəğbətlə qarşılanır. Xatırladaq ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar MansurovunTaleyimmahnısı, 2009-cu ildə isə Natəvan Həbibi İntizar Məmmədov duetinin ifa etdiyi Murad ArifinSevdiyini söyləmahnısı, 2010-cu ildə isə ilə Leyla Ramazanlının ifa etdiyi musiqisi İsmayıl Əsədova, sözləri Arzu Əsədova aid olanQələbəmahnısı oldu.

2011-ci ildə estrada janrında yazılan mahnıların az olduğunu nəzərə alaraq, Təşkilat Komitəsi festivalın 2 ildə bir dəfə keçirilməsini qərara aldı.

Bu ilBakı gecələri - 2012” Estrada Mahnı Festivalının keçirilməsində bir sıra yeniliklər tətbiq olunacaqdır.

Festivalda iştirak etmək üçün mahnıların qəbulu elan olunduğu gündən başlayaraq noyabr ayının 1-ə kimi davam edir. Festivala təqdim olunmuş mahnılar Təşkilat Komitəsi tərəfindən qəbul edilir, araşdırılır efir proqramına daxil ediləcək mahnılar seçilir.

Bakı gecələri” Estrada Mahnı Festivalının I mərhələsində Təşkilat Komitəsi tərəfindən seçilmiş mahnılar sentyabr ayının 20-dən etibarən festivalın rəsmi informasiya dəstəyi olanAraz FM - 103.3” radiosunun efirində həftə içi hər gün səsləndiriləcəkdir. Saat 16:00 – 17:00 arası (1 saat) “Bakı gecələri saatınon stop musiqi saatı efirə çıxacaq səsvermənin gedişi haqda məlumat veriləcəkdir. Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin Araz FM - 103.3” radiosunun facebook səhifələrində festivala qatılmış mahnılar səsvermənin gedişi haqda məlumatları əldə etmək mümkün olacaqdır.

Festivala təqdim olunan mahnılar SMS www.baku-art.az saytında keçirilən onlayn səsverməsində iştirak edirlər. Səsvermə noyabr ayının 20-ə kimi davam edir hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnıBakı gecələri” Estrada Mahnı Festivalının qalibləri elan edilir. Qalib mahnılar 24 dekabr Heydər Əliyev Sarayında keçirilən Qala-konsertdə tamaşaçılara təqdim olunurlar.

Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün Qala–konsertdə iştirak edən 21 mahnı noyabr ayının 25-dən dekabr ayının 15-ə kimi yenidən səsverməyə çıxarılır Araz FM - 103.3” radiosunun efirində səsləndirilir, ən çox səs toplamış 3 mahnı mükafatlandırılır.

 

 

Səlimqızı, Cəvahir

 

Mərkəz.- 2012.- 7 noyabr.- S.14.