“Azərbaycanda dərman
təminatı siyasəti”
Millət vəkili
Musa Quliyev: “Azərbaycanda hələ də qeydiyyatdan
keçməyən dərmanların satışına rast gəlirik.
Ola bilər həmin dərmanların tərkibində
bütünlükdə bizim milli şüurumuzu dəyişən,
havamızı dəyişən
təxtibat vasitələri olsun.”
Müsahibimiz millət vəkili
Musa Quliyevdir
-Musa müəllim, Azərbaycanda dərmaların
elektron kataloqunu yaradılmasının vacibliyini necə qiymətləndirirsiz?
-Azərbaycabnda dərman təminatı siyasəti düzgün qurulub. Baxmayaraq ki, dərmanların qiyməti bahadır bu onların keyfiyyəti ilə üst-üstə düşür. Keyfiyyətdə artım var. Biz əgər 10 il əvvəl Hindistanın, Pakistanın kustar üsullarla hazırlanmış ucuz dərmanlarıyla bazarı doldurmuşduqsa, bu gün Azərbaycan bazarında dərmanların ən azı 70-80 % Avropadan, inkişaf etmiş ölkələrdən alınır. Artıq Azərbaycanda con bir neçə ildir dərmanların içliyi ana dilimizdə təqdim olunmağa başlayıb və yəqin yaxın illərdə bu başa çatar. Olkə üzrə qeydiyyatdan keçmiş bütün dərmanların içliyi Azərbaycan dilində olacaq. Digər bir məsələ Azərbaycanda satılan dərmanların böyük əksəriyyətinin qeydiyyatdan keçməsinə baxmayaraq hələ də qeydiyyatda keçməyən dərmanların da satışına rast gəlirik. Bu çox təhlükəli haldır. Bunun qarçısını almaq lazımdır. Istər Səhiyyə Nazirliyi, istər kömrük xidməti orqanları,Təhlükəsizlik Nazirliyi bu işlə məşğul olmalıdır. Ola bilər həmin dərmanların tərkibində bütünlükdə bizim milli şüurumuzu dəyişən, havamızı dəyişən təxtibat vasitələri olsun. Digər tərəfdən dərmanlara əlçatanlığı təmin etmək lazımdır. Bu da çox vacib məsələdir. “Dərman vasitələri haqqında” qanunda da öz əksini tapıb ki, Azərbaycanda dərmanların elektron format və şəbəkəsi yaradılmalıdır.Yəni hansı dərmanın vətəındaşın yaşadığı əraziyə yaxın aptektdə olduğu barədə informasiya alması imkanı olmalıdır. Evində internetə girib bunu asanlıqla öyrənməlidir. Bu məsələ üzərində bildiyim qədər iş aparılır. Azərbaycada 5 midən çox dərmana təlabat yoxdur. 5 min adda dərman bütün apteklərdə tapılmalıdır. Yəni bütün fəaliyyət ona yönəlməlidir ki, vətəndaşın həyatı asanlaşdırılsın. Vətəndaş vaxt sərf etmədən, çox pul xərcləmədən ona lazım olan dərmanı və xidməti ala bilsin. Elektronlaşmna qanunda nəzərdə tutulur.
-Musa müəllim
Azərbaycanda tibbi-sosial sığorta nə ücün hələ
də həyata kecirilmir? İqtisadiyyatı bizdən zəif
olan bir sıra keçmiş Sovet respublikalarında bu proses
çoxdan başlanıb?
-Bu suala
icra orqanları cavab verməlidir. Qanunverici orqan
olaraq biz bu prosesi başa catdırmışıq. 1999-cu ildə qanun qəbul olunub. 2006-2007-ci ildə bu qanuna əlavə və dəyişiliklər
olundu. Cənab prezidentin qərarı ilə 2008-ci ildə
Dövlət Tibbi Sığorta Agentliyi yaradıldı və
bu vaxta qədər də hər il bu agentliyə dövlət
büdcəsindən
30-50 milyon məbləğində vəsait
ayrılır. Səhiyyə Nazirliyi bir necə il
bundan əvvəl Siyəzən rayonunda bir pilot layihə həyata
kecirdi. Mən hesab edirəm ki, bu sığortanın Azərbaycanda
tətbiq olunması
ücün hec bir təşkilati, iqtisadi, peşəkarlıq,
kadrla bağlı problem yoxdu. Biz bunu həyata
kecirməliyik. Buna bizim iqtisadi potensialımız da,
kadrlarımız da kifayət edir.Artıq Azərbaycanda sığorta şirkətlərinin,
sığorta sisteminin kifayət qədər güclü fəaliyyəti göz özündədir.
Bilirsuniz ki ötən illərda sığorta
şirkətlərinin fəaliyyətinin güclənməsi,
onların maddi bazalarını daha da gücləndirən bir
hecə qanun qəbul olunub. Birinci vahid sığopta ilə,
daşınmaz əmlakın və nəqliyyat vasitələri
ilə
bağlı sığorta qanunları olub. Bundan əlavə
peşə əmək fəaliyyətini yerinə yetirərkən
qəzalarla bağlı sığorta haqqında qanun qəbul
olunub. Yəni sığorta bazarının
inkişafı ücün Azərbaycanda kifayət qədər
həm iqtisadi əsaslar, həm də təşkilatı əsaslar
var. Bu illəri biz hec nədən qorxmadan icbari tibbi
sığortaya getməliyik. Bununla da həm səhiyyə
xidmətinin bütün kateqoriya insanlar ücün əlcatanlığını
təmin edəcəyik, həm səhiyyə xidmətinin
keyfiyyətini yüksəldəcəyik. Eyni zamanda səhiyyədə
olan bir sıra problemləri, o cümlədəm əmək
haqqı problemini, müəyyən vəsaitlərin səmərəsiz
xərclənməsi kimi məsələləri aradan
qaldıracağıq. Cünki hər bir xəstəyə, hər
bir şəxsə
görə məbləğ ödəyəcək
şirkət maraqlı olacaq ki, onun ödədiyi vəsait ünvanına gedib çatsın. Xəstəni əlavə müayinələrə cəlb
etməsinlər, əlavə dərmanlara
ehtiyac olmasın. Eyni
zamanda həmin vəsaitlər həm səhiyyə obyektlərinin,
istər özəl. istərsə də
dövlət sektorunda olsun maddi-texniki bazasının gücləndirək, həm də
səhiyyədə işləyən
işçlərin əmək haqqına yardım olsun.
Eyni zamanda çox neqativ hal olan xəstə-həkim
arasındakı qeyri-rəsmi ödəmələrin də
qarşısı alınacaq.Yəni bu hərtərəfli
xeyirli bir proses olacaq. Bir tərəfdən də bu bir az risklidir. Görunur müvafiq
icra hakimiyyəti orqanlarını da cəkindirən budur.
Amma biz istənilən piskli addımı
atmalıyıq. Əgər zamanında
riskli addım atmasaydıq müstəqilliyimizi elan etməzdik,
dövlət çevrilişlərinin qarşısını
almaq üçün heç bir addım atmazdıq. Demək istəyirəm həyat risklərlə
doludur. Mən düşünürəm ki,
bugünkü gündə risk faktoru o qədər də
çox deyil. Belə ki, səhiyyənin
maddi-texniki bazası kifayət qədər genişlənib,
dövlət sahiyyəyə cənab prezidentin qayğı və
diqqəti nəticəsində demək olar ki, regionların hər
yerində müasir tələblərə cavab verən tibb
müəssisələri tikilib, avadanlıqlar müasirdir.
Kadrlar kifayət qədər peşəkardır.
Dünya və avropa təcrübəsi Azərbycanda
mükəmməl mənimsənilir. Özəl
sektor inkişaf edib. Demək olar səhiyyənin
ciddi problemi yoxdur. Sadəcə maliyyələşmənin
yeni mexanizi olan icbari tibbi sığortanı tətbiq etməliyik.
Bu sığortanı tətbiq etməklə dövlətin də
yükünü
azaldacağıq.Çünki səhiyyə xərclərinin
böyük hissəsi artıq işəgötürənlər
tərəfindən qarşılanacaq. Bu hərtərəfli
səmərəli məsələdir və
düşünürəm ki, biz bu addıma getmıliyik.
-Bu prosesi tezləşdirmək nədən
asılıdr? Hansısa qaranlıq məsələlər
var?
- Bunun həyata
keciilməsinin konkret vaxtını Səhiyyə nazirliyi və
digər icra orqanları, İcbari Sığorta Agentliyi, Nazirlər
Kabinetinin, Prezident Aparatının hümanitar şöbəsi
deyə bilər.Yəni icra
orqanlarının rəhbər sturukturları bu işi nə
vaxt həyata keçirə biləcəklərini
cavablandıra bilər. Mən deyə bilərəm
ki, siyasi və hüquqi bazası öz həllini tapıb.
- Bu iş bir sıra qonşu ölkələrdə
qurulub. Məsələn, Türkiyənin,
Gürcüstanın təcürbələrindən yararlanmaq
olmazmı?
-Türkiyədə
bu iş çox gözəl qurulub. Son bir neçə ildə
Türkiyənin ən ucqar kəndndə yaşayan insanın şəxiyyət
vəsiqəsindəki nömrəsi onun eyni zamanda icbari tibbi sığorta
kartının nömrəsidir. Həmin adam gəlib Ankarada və ya İstanbulda
dövlət klinikasında şəxsiyyət vəsiqəsini
təqdim etməklə onun bütün xəstəlik anketi
aşkara çıxır. Bu
sığortanın qurulmasınn bir tərkib hisəsi də
elktron səhiyyənin yaradılmasıdır.
- Musa müəllin, bildiyim qədər
sonsuz ailələrlə bağlı qanun nəzərdə
tutulub. Zənmət olmasa deyin, məsələ nə yerdədir?
-
“Repraduktiv sağlamlığın qorunmsı haqqında” qanun
layihəsi bir neçə il əvvəl Səhiyyə
nazirliyi ilə birgə hazırlanıb. Qanun
kifayıət qədər mütərəqqi bir qanundur.
Bir neçə il öncə qanunun təqdimatı zamanı gördük
kü, bunu kifayət qədər
ictimailəşdirə bilməmişik. Ona gərə
də həm cəmiyyət tərəfindən, həm məclis
tərəfindən etirazlarla qarşılandıq. Deyim
ki, bu etirazların da hec bir hüquqi , mənəvi
və elmi əsası yox idi. Sadəcə bir
hay-küy idi ki, guya burda donorluq məsələsi var. Guya
surroqat məsələsi var ki, bu da bizim milli əxlaqımıza
uyğun məsələ deyil. Ona görə
də qanun qəbul olunmadı. Mən zaman
çıxış edəndə dedim, indi də bu fikirdəyəm
ki, ümummilli əxlaqa , mintalitetə zidd
olan fikir qanunda ehtiva etmir. İkinci tərəfdən əgər
bu bir ailənin daxili işidirsə, bunu ümumilli səviyyəyə
qaldırmağın da
zərurəti yoxdur. Tutaq ki, bizim mintalitetimizdə
var ki, islam adət-anənəsinə
uyğun olaraq şərab içmək omaz. Amma
insan öz evində şərab içir və bu da islama
uyğun deyl. Yaxud deyək ki, namaz
qılmaq, oruc tutmaq hər kəsin öz işidir. Ona görə də heç kəsi
qınamırlar ki, sən niyə oruc tutmursan və ya namaz
qılmırsan.Yəni hər bir ailənin öz şəxsi
işidir ki, süni texnologiyalar tətbiq etməklə və ya donordan istifadə
etməklə övlad sahibi olsun. Eləcə də
surroqat ana götürməklə uşağa sahib olsun.
Bu yalnız iki
tərəfin daxili işidir. Süni mayalanma və surroaqat ana
məsələsi
milli mintalitetə dəxli olmayan bir məsələ
idi. Buna da etiraz oldu. Təssüflər
olsun ki, o vaxtı dini liderlər bu məsələnin
kökünə varmadan bunun əlehinə cıxdılar.
Türkiyə və İran kimi dini dövlətdə
bunu həyata keciriblər. Bizim azərbaycanlı sonsuzlar
gedib İranda yaxud Türkiyədə əməliyyatlar edib
qayıdırlar. Biz niyə öz ölkəmizdə
bunu etmiyək. Başqa bir məsələ var ki,
reproduktiv problemlərin aradan qaldırılması
üşün texnalogiyaların tətbiqi ilə əlaqədar
90 faiz hallarda ata-ananın
öz toxumalarından istifadə olunur.Yəni Azərbaycanda
30-40 nəfərin donora ehtiyacı olar ya olmaz. Həm də 17-18 ildən sonra bu uşaqlar
böyüyəndən sonra bunların bir-biri ilə
rastlaşması ehtimalı sıfıra bərabərdir.
Bildirim ki, sonsuz insanlar 10-15 min xərcliyib xaricdə
əməliyyat olunurlar. Pulu olanlar gedə
bilir. Bəs imkanı olmayanlar neyləsin?
Elə bir qanunun qəbul olunması həmin ailələr
ücün doğrurdanda
dövlət tərəfindən böyük töhvədir. Bütün dövlət klinikalarında bu əməliatlar
dövlət vəsaiti hesabına həyata keciriləcək.
Buna hüquqi baza, qanun lazımdır. Düşünürəm kifayət qədər
millət vəkillərini və ictimayəti məlumatlandıra
bildik. Bu
qanun payız sesiyasında müzakirəyə
çıxarılacaq. Millət vəkillərinə
tövsiyyə olunan qanun düşünürəm qəbul
olunacaq. Bir çox şeylər, elmi kəşvlər
, qanunlar va ya nəzəriyələr var ki. cəmiyyt onu qəbul
etmək imkanında deyil. Amma cəmiyyətin
arxasınca sürünməklə də inkişaf etmək
olmaz. Alimlər, millət vəkilləri,
düşünən adamlar kəşflərlə məşğul
olanlar nəhz onun ücündür ki, cəmyyət
inkişaf etsin.Yoxsa milli mintalitet deyib dayansaq hec bir formada
inişaf etmərik. Dəyişən
dövrün tələbərinə uyğun hərəkət
etməli və ona uyğun olaraq öz
inkişafımızın prespektivlərini müəyyən
etməliyik. Ona görə
düşünürəm bu qanun qəbul oluncaq və Azərbaycana
ancaq xeyir verəcək.
-Qanun qəbul olunandan sonra proses
hansı müddətə reallaşacaq?
- Məncə
bu il qəbul olsa artıq gələn ildən
qüvvəyə minəcək və işləyəcək.
Həm özəl, həm dövlət müəsisələrində
tətbiq olunacaq. İcbari
tibbi sığortanı qəbul edəndən sonra insanlar istədiyi yerdə
sığorta hesabına əməiyyatları yerinə yetirəcək.
R. Nəcəfli,
T.Qafarlı
Mərkəz.-
2012.- 8 noyabr.- S.10.