“Leyli
və Məcnun” San Fransisko səhnəsində
İlk dəfə olaraq “Leyli və
Məcnun” operası
ABŞ-da nümayiş
olunub.
Noyabrın 10-da dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin ˝Leyli və Məcnun˝
muğam operası Kaliforniyanın San Fransisko şəhərində
tamaşaçılara təqdim olunub. Opera San Fransisko Dünya
Musiqisi Festivalı
(San Francisco World Music Festival) çərçivəsində
səhnələşdirilib. Bu, ˝Leyli və Məcnun˝ operasının ABŞ-da
ilk nümayişidir.
Azərbaycanın Los Ancelesdəki Baş
Konsulu Nəsimi Ağayev tədbiri giriş sözü ilə açaraq, ˝Leyli və Məcnun˝
operasının tarixi
barədə məlumat
vermiş, onun müsəlman dünyasında
ilk opera olduğunu və
indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın xalq artisti, məşhur
pianoçu, hazırda
San Fransiskoda yaşayan
Çingiz Sadıqova
San Fransisko Dünya Musiqisi Festivalının xüsusi fəxrnaməsini
təqdim edib. Fəxrnamə Ç.Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin
ABŞ-da və bütün dünyada təbliği sahəsində
gördüyü işlərə
görə verilib.
Sonra opera tamaşası
başlamışdır. Gənc xanəndələr
Vüsalə Musayeva və İlkin Əhmədov Leyli və Məcnun rollarını ifa ediblər. Mahir
instrumental ifaçılar İmamyar
Həsənov (kamança)
və Rüfət Həsənov (tar), eləcə
də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət
orkestr xanəndələrimizi
müşayiət edib.
Opera tamaşaçıların
gurultulu və ayaqüstü alqışları
ilə qarşılanmışdır.
Tamaşada 500-dək şəxs iştirak etmişdir.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 13 noyabr.- S.-
14.