“Varlı qadın” komediyası Krım səhnəsində
Əli Əmirlinin “Varlı
qadın” komediyası bu dəfə Ukraynanın Krım Muxtar
Respublikasının paytaxtı Simferopol şəhərində
yerləşən 110 yaşlı Krım-Tatar Akademik Musiqili
Dram Teatrında tamaşaya qoyulub.
Ə.Əmirlinin
verdiyi məlumata görə, noyabrın 5-də və 6-da
premyerası baş tutmuş tamaşanın quruluşçu
rejissoru Ukraynanın əməkdar
artisti Rinat Bektaşevdir. Komediyanın növbəti
premyerası noyabrın 20-də olacaq. Bu, Krım
teatrının Azərbaycan dramaturgiyasına
üçüncü müraciətidir. Bundan əvvəl
teatr Üzeyir Hacıbəyovun
“Arşın mal alan” operettasını və Elçinin
“Şekspir” əsərini “Xəstə könül” adı ilə
tamaşaya qoyub.
Onu
da qeyd edək ki, Əli Əmirlinin “Varlı qadın”ı
ölkəmizin əksər teatrlarında, o cümlədən
Akademik Milli Dram Teatrında, habelə Tacikistan,
Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanın
bir sıra teatrlarında
tamaşaya qoyulub.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 13 noyabr.- S.-
14.