Azərbaycan və Rusiya fotoqraflarının birgə sərgisi açılıb
Muzey
Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə “İpək
yolu dostluğu” və “Uzun sürən müharibənin əks-sədası”
adlı fotosərgilərin açılışı olub.
Tədbir "Azərbaycan Respublikası
hökuməti və Rusiya Federasiyasının Çelyabinsk
vilayəti hökuməti arasında ticarət-iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq
haqqında" sazişlə təsdiq olunmuş 2012-2017-ci illər
üzrə Tədbirlər Planına uyğun olaraq təşkil
edilib. Sərgidə Çelyabinskdən olan fotoqraf-rəssam
Vladimir Boqdanovskinin Azərbaycana səfəri zamanı lentə
aldığı fotolar ("İpək yolu dostluğu") və
Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin Qarabağa həsr
olunmuş foto əsərləri ("Uzun sürən
müharibənin əks-sədası") yer alıb.
Açılış mərasimində
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan və
Rusiya arasında dostluq münasibətlərini, mədəni əməkdaşlığı
yüksək qiymətləndirdi. Nazir müavininin sözlərinə
görə, fotoqraflar arasında təcrübə mübadiləsi
də bu əməkdaşlığa xidmət edir. Rusiyalı
fotoqrafın fotolarında Azərbaycanın mədəniyyəti,
adət-ənənələri, müasir həyatı əksini
tapıb. Azərbaycanlı fotoqrafların Qarabağa həsr
olunmuş fotoları isə tariximizə bir daha nəzər
salır.
Ümumrusiya Azərbaycan Konqresi
Çelyabinsk vilayəti regional bölməsinin və “Ozan” Azərbaycan
Mədəniyyət Mərkəzinin sədri Rafael Quliyev sərginin
təşkilinə görə Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlığını bildirdi:
“Xalqımızın mədəniyyət və mənəviyyatını
qorumaq hər zaman borcumuzdur və xüsusən incəsənət
vasitəsilə bunu həyata keçirməliyik”.
Rusiya Fotoqraflar Birliyinin
üzvü, rəssam-fotoqraf Vladimir Boqdanovski sərgidə
nümayiş olunan fotolarda Azərbaycanın gündəlik həyatını,
təbiətini əks etdirməyə
çalışdığını dedi. Müharibə
fotolarında isə insan taleyi önə çəkilib. O,
iki ölkə fotoqraflarının daim mübadilə
aparması arzusunu dilə gətirdi.
Çıxışlardan sonra sərgiyə
baxış keçirildi.
Qeyd edək ki, Azərbaycan fotoqraflarının “Uzun sürən müharibənin əks-sədası” sərgisi Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır nəticələrinə, Dağlıq Qarabağ müharibəsinin fəsadlarına həsr olunub. Qaçqın və məcburi köçkünlər, viran qalmış şəhər və kəndlər, məhv edilmiş talelər... Bütün bunlar haqqında azərbaycanlı fotoqraflar öz reportajlarında danışırlar. Ekspozisiyada 9 azərbaycanlı fotoqrafın ağ-qara fonda fotoları sərgilənir.
“İpək yolu dostluğu. Yeddi gün Azərbaycanda” fotosərgisi Çelyabinsk Dövlət Diyarşünaslıq Muzeyinin direktoru Vladimir Boqdanovskinin ölkəmizə yaradıcılıq ezamiyyətinin yekunu kimi təqdim olunur. Ekspozisiyada müxtəlif janrlarda fotoşəkillər yer alıb. Burada Qafqazın mənzərələrini, yerli sakinlərin portretlərini, qədim və müasir arxitekturanı, müxtəlif regionların nadir təbiətini görmək mümkündür.
Sərgi noyabrın 16-dək davam edəcək.
Cəvahir
Səlimqızı.
Mərkəz.-
2012.- 16 noyabr.- S.- 15.