Moskvada Azərbaycan muğam
gecəsi keçirilib
Moskva
müxbirinin verdiyi məlumata görə, Lyudmila Ryumina
adına folklor mərkəzində keçirilən gecədə
Azərbaycanın xalq artisti, muğam ifaçısı Mələkxanım
Əyyubovanın konserti təşkil olunub. Xanəndəni
Əhməd Bakıxanov adına Xalq
Çalğı Alətləri Ansamblı müşayiət
edib.
Nəfis
səhnə tərtibatı ilə diqqəti cəlb edən
konsertdə Mələkxanım Əyyubova ayrı-ayrı bəstəkarların
musiqi əsərləri ilə yanaşı, yeni işıq
üzü görən “Rast” musiqi albomuna daxil olan
mahnıları da tamaşaçılara təqdim edib. Konsertdə
xanəndəni xalq artistləri, tarzən Möhlət
Müslümov, kamança ifaçısı Fəxrəddin
Dadaşov və muğam üçlüyü müşayiət
edib.
M. Əyyubovanın
F.Əmirovun “Gözəlim sənsən”, Qəmbər
Hüseynlinin “Ay işığında”, Nəriman Məmmədovun
“Səndə çoxdan gözüm var”, “Süsən
Sünbül”, “Mən necə bağban olaram”, həmçinin
“Şüştər”, “Mahur”, “Mahur-hindi”, “Rast”
muğamlarından ibarət kompozisiya ilə davam edən
ifası tamaşaçıların alqışlarına səbəb
olub.
Qeyd
edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı
ilə keçirilən konsertdə ölkəmizin
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlu, diplomatik korpusun nümayəndələri,
Heydər Əliyev fondunun, Ümumrusiya Azərbaycan Konqresinin,
habelə Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 17 noyabr.- S.-
14.