“Yer kürəsi
uşaqların gözü ilə” sərgilənəcək
Noyabrın 17-də
“Park Bulvar” ticarət və əyləncə mərkəzində
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq
Dialoq Təşəbbüsü – IDEA Kampaniyası tərəfindən
həyata keçirilən “Yer kürəsi uşaqların
gözü ilə” fotomüsabiqəsinin fotosərgisi
açılacaq.
2011-ci il iyulun 12-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən
başladılmış IDEA Kampaniyası gənclər
arasında ətraf mühitlə bağlı maarifləndirici
işlərin aparılmasına, daimi fəaliyyətin təmin
olunmasına, ekologiya problemlərini ailənin, cəmiyyətin
və milli həyatın ayrılmaz hissəsinə
çevrilməsi naminə fəaliyyət göstərən
kampaniyadı.
Bu məqsədi öz fəaliyyətində
rəhbər tutan IDEA Kampaniyası ekoloji maariflənməni
beynəlxalq səviyyədə həyata keçirərək
“Yer kürəsi uşaqların gözü ilə”
fotomüsabiqəsini reallaşdırıb. Layihə
tanınmış fotoqraf Reza ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilərək
böyük auditoriyanın marağına səbəb
olmuşdur. Bir sıra ölkələrdən fotomüsabiqəyə
qatılan gənclər “Mən təbiəti sevirəm” və
“Mən çirklənmədən qorxuram”
mövzularını əks etdirən fotolarını təqdim
ediblər.
Müsabiqədə fotoqraf Rezanın sədrliyi
ilə dünyanın müxtəlif yerlərindən olan foto
və incəsənət ekspertləri tərəfindən
seçilmiş qalib fotoların müəllifləri hədiyyələrə
layiq görülüb.
“Yer kürəsi uşaqların
gözü ilə” fotomüsabiqəsinin şəkillərinin
təbliğ etdiyi ekoloji çağırışları əhaliyə
çatdırmaq məqsədilə IDEA Kampaniyasının
növbəti məlumatlandırıcı tədbirinin
keçiriləcəyi “Park Bulvar” ticarət və əyləncə
mərkəzində qalib fotoların əks etdirdiyi təbiətə
“dost” mesajları 20-dən artıq sayda banner vasitəsilə
sərgilənəcək.
Cəvahir Səlimqızı.
Mərkəz.-
2012.- 17 noyabr.- S.14.