Yazıçılar Birliyi 2 000 manatlıq mükafatlar təsis etdi
Mükafatlar iki ildən bir, ilaxır çərşənbədə
veriləcək
Azərbaycan Yazıçılar Birliyi bir neçə
nominasiya üzrə mükafatlar təsis edib. Bu barədə
Kulis.az-a Azərbaycan Yazıçılar Birliyinin
ədəbi mükafatlar
komissiyasının katibi
Fərid Hüseyn məlumat verib. Onun sözlərinə görə
mükafatlar 5 nominasiyada
veriləcək. Ən
yaxşı nəsr əsərinə görə–Yusif
Səmədoğlu, ən
yaxşı poetik əsərə görə
– Əli Kərim, ən yaxşı tənqid və esseistik əsərə görə–Yaşar Qarayev,
ən yaxşı tərcümə əsərinə
görə–Abbas Səhhət
mükafatı, Azərbaycan
haqqında yazılmış
ən yaxşı publisistik əsərə görə–Nəcəf Nəcəfov
mükafatı veriləcək.
Mükafatların hər birinin
dəyəri 2000 (iki
min) manat müəyyən
edilir.
Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir
dəfə (2013-cü ildən
başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə verilir.
Müəlliflər kitablarını Bakı şəhəri S.Rüstəm
küç.; 25 ünvanında yerləşən Bakı
Slavyan Universitetinin “Tərcümə problemləri”
elmi-tədqiqat problemləri
laboratoriyasına 31 dekabr
2012-ci il tarixinə qədər təqdim etməlidirlər. Elektron mətnlər
və əlyazmalar qəbul edilmir. Müəlliflərdən əsərin 3 nüsxəsi
və qısa əbədi bioqrafiyaları
tələb olunur.
Hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.
Mükafatlar Novruz bayramı
ərəfəsində – ilaxır
çərşənbə günündə Azərbaycan
Yazıçılar Birliyinin
“Natəvan” klubunda təqdim ediləcək. Mükafatlar barədə daha geniş məlumatla Azərbaycan Yazıçılar Birliyinin
ədəbi mükafatları
haqqında əsasnamədə
tanış ola bilərsiniz. Mükafatlar haqqında suallarınızı
musabiqe-2013@mail.ru elektron ünvanına
göndərə bilərsiniz.
Mükafat komissiyasının
sədri yazıçı
Kamal Abdulla, üzvləri
Azər Mustafazadə,
Vaqif Səmədoğlu,
Mövlud Süleymanlı,
Ramiz Rövşən,
Əjdər Ol, Salam Sarvan, Bəsti Əlibəyli, İlqar Fəhmidir. Komissiyanın katibi isə
Fərid Hüseyndir.
Mərkəz.- 2012.- 17
noyabr.- S.12.