«Müslüm Maqomayev Azərbaycan
və dünya musiqi sənəti
kontekstində»
Azərbaycan
Bəstəkarlar İttifaqında SSRİ-nin və Azərbaycanın
xalq artisti, "İstiqlal" və "Şöhrət"
ordenli görkəmli müğənni və bəstəkar
Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr
edilmiş "Müslüm Maqomayev Azərbaycan və
dünya musiqi sənəti kontekstində" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə
Bəstəkarlar İttifaqının sədri, xalq artisti,
professor Firəngiz Əlizadə açmışdır.
Qeyd
edilmişdir ki, Müslüm Maqomayev Azərbaycanın
müasir musiqi sənəti tarixində silinməz iz
buraxmışdır. O, müğənni və bəstəkar
kimi hərtərəfli istedadı, gözəl bariton səsi
ilə seçilirdi, ən mürəkkəb ariyaları,
estrada mahnılarını eyni məharətlə ifa edirdi.
Onun "Azərbaycan" mahnısı ölkənin himninə
çevrilmiş və bir çox beynəlxalq tədbirlərdə
səsləndirilmişdir.
Müslüm
həmçinin istedadlı rəssam, heykəltəraş
olmuş, kitablar yazmışdır. İtaliya müğənnisi
Mario Lantsa haqqında çox yazılsa da, Müslümün
kitabı ən yaxşı kitablardan biri hesab edilir.
Konfransdan
əvvəl Cahangir Qurbanov Müslüm Maqomayevin
repertuarından əsərlər - Üzeyir Hacıbəylinin
"Koroğlu" operasından Həsən xanın
ariyasını və Müslümün
"Elegiya"sını ifa etmişdir.
Sonra
"Azərbaycan musiqisində iki dahi Müslüm - tarixi
paralellər" (sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səadət Səttarova), "XX əsrin vokal sənətində
Müslüm Maqomayev fenomeni" (xalq artisti Xuraman Qasımova),
"M.Maqomayevin "Mario Lantsa" kitabı haqqında bəzi
qeydlər" (fəlsəfə üzrə elmlər doktoru,
professor Mina Hacıyeva) və digər məruzələr dinlənilmişdi
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 21 noyabr.- S.15.