Sənətkarlar dilə gəldi

 

Rafael Dadaşov: «Yaradıcılıq düşərgələrinin keçirilməsi Azərbaycanda da ənənəyə çevrilməlidir»

 

Vaqif Əsədov: «Yüzlərlə gənci bir araya gətirib, onlara təlimlər keçmək, gənclərlə təmas yaratmaq aktual dəyərli bir işdir»

 

Millət vəkili Jalə Əliyevanın ideyası, Gənclər İdman Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Artıq noyabrın 24-dən etibarən Gənclər İdman Nazirliyi Şüvəlanda yerləşən düşərgəsində

 

Art Kamplara start veriləcək. Gənclər festivalın ən həyəcanlı anlarını yaşayacaq.

Qeyd edək ki, Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi Art Kamplara ümumilikdə 100-dən atrıq gənc qatılacaq. 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb;

Əbdül Məcid- "Bağbanın yuxusu"

Bəhruz Əhmədli- "Musiqi"

Vüsal Məmmədzadə- "Oksigen balonu"

Səbinə Məmmədova -"Su kürəsi"

Laləzar Abbasova- "Təbiətin qisası"

Şəbnəm Xeyrulla- "Tut"

Gülnarə Məmmədova- "Yaşıl qan"

Tərlan Abdullayev- "Ağacın səsi"

Nicat Əlizadə- "Müdaxilə"

Elnur Mehdiyev- "Ekosit"

Elçin Aslangil- "Zibilə düşdümüşük"

Səfayə Əliyeva- "Qoy nəfəs alım"

Tanınmış sənət adamlarının iştirakı ilə ustad-dərslərin yer aldığı həyəcanla gözlənilən Art Kamp 3 gün davam edəcək.

3 gün davam edəcək düşərgədə ustad dərsləri, məşqlər, əyləncəli oyunlar təşkil olunacaq. Düşərgənin başqa bir məqsədi isə gənclər arasında ünsiyyətin yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır. Festival "Bizə ideya lazımdır" devizi ilə keçirilir.

Qeyd edək ki, Art Kamplara bütün dünyada çoxlu pullar xərclənir. Amma Azərbaycanda gənclərə bu fürsət pulsuz olaraq yaradılacaq.

Art Kamplarda gənclərə ustad dərsləri keçəcək xalq artisti Rafael Dadaşov təəssüratlarını bizimlə bölüşdü.

Art Kampların əhəmiyyətini yüksək qiymətləndirən xalq artisti teatrla, gənclərlə bağlı belə gözəl ənənələrin Azərbaycanda yayılmasını alqışladı: «Çox gözəl bir təşəbbüsdür. Gənclərin yaradıcılıq düşərgələrində ustadlardan öyrənməsi, sənətin sirlərini incələməsi, eləcə bütövlükdə yaradıcılıq təması mühüm bir addım kimi dəyərləndirilməlidir. Mən çox istərdim ki, bu addım davamlı olsun gəncliyə hər zaman belə fürsət yaradılsın. Mən onu da arzulayardım ki, yaradıcılıq düşərgələrinin keçirilməsi Azərbaycanda da ənənəyə çevrilməlidir».

Xalq artisti, tanınmış rejissor Vaqif Əsədov bu sür Art Kampların keçirilməsini Azərbaycan üçün yenilik saydı: «Avropada çox məşhur olan böyük vəsaitlər xərclənən Art Kamp Azərbaycan üçün bir yenilikdir. Buna görə bu ideyanın rəhbərinə minnətdarlığımı ifadə edirəm. Yüzlərlə gənci bir araya gətirib, onlara təlimlər keçmək, gənclərlə təmas yaratmaq aktual dəyərli bir işdir. Gənclərin teatrla təması eyni zamanda cəmiyyətlə təmas deməkdir. Bu da sübuta ehtiyacı olmayan aksiomadır. Buna görə cəmiyyətə yaxınlaşmaq üçün incəsənətin bu üsullarından istifadə etmək lazımdır. Mən deyərdim ki, vacibdir».

Xalq artistinin sözlərinə görə, teatrı sevmək, həyatı anlamaq deməkdir. Bu baxımdan gənclərə teatrı sevdirən hər hansı bir layihəyə hər zaman dəstək verdiyini söylədi.

Xatırladaq ki, Ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1 - dək davam edəcək.

 

 

Cəvahir Səlimqızı.

 

Mərkəz.- 2012.- 22 noyabr.- S.- 14.