Vədinə xilaf çıxdın, Yaşar Nuri

 

Deyirdin, hələ çox rollar oynayacağam, amma

 

Xalq artisti, sevilən sənətkar Yaşar Nuri aramızdan getdi

 

Hər dəfə Türkiyəyə müalicəyə gedəndə «Mən qayıdacağam», -deyirdin. Sonuncu dəfə belə oldu, vəd verdin. Qayıtdın da, amma az vaxt keçdi. Ölümünlə bizi pərişan etdin. Hər zaman bizlərə bəxş etdiyin gülüşü, təbəssümü dodağımızdaca dondurdun. Vədinə beləmi əməl etdin, sevimli sənətkar?Axı biz sizi ayrı cürə gözləyirdik. Deyə-güləYadınızdadır, axırıncı dəfə Bakıya qayıdanda, Kino günü-Aqil Abbasın «Dolu» filminin təqdimatına gəlmişdiniz. Şirin zarafatlarınızla zalı canlandırdınız. Hələ səhnədə kinoda çox rollar yaradacağınızı söylədiniz. Hamımızı inandırdınız. Amma əcəl aman vermədi. Sizə ünvanlanacaq suallarım çox idi, Sizdən hələ qədər müsahibələr almaq niyyətindəydim. O səs üçün, o sözlər üçün yaman qəribsəmişəm, Yaşar Nuri! Heç bilmirəm nədən başlayım, nədən qurtarım, bu nagahani ölüm xəbəri yamanca sarsıtdı məni.

O türk həkimlərinə ümidimiz böyük idi, amma, ömrü yazan Allahdır. xoşbəxt ki, sizə iki ömür yazdı. Biri Allah bəndəsi Yaşar Nuri ömrü, biri sənətkar ömrü. Elə özünüz həmişə deyirdiniz ki, aktyorlar iki ömür yaşayır. Birinci ömrü başa çatsa da, ikinci ömrü əbədi olur. Siz birinci ömrünüzü başa vurdunuz, amma əbədi ömrünüz hələ davam edir davam edəcək . Səsiniz yaşayır. Vücudunuz, ruhunuz da. Biz yenə Sizinlə görüşəcək, qarşılaşacağıq. Siz yenə bizi şirin zarafatlarınız, incə yumorunuzla dodağımıza təbəssüm qonduracaqsınız. Siz qarşımıza gah Elçin müəllim kimi çıxacaqsınız, bizə vəd verib oynamadığınız rollara görə «Bağışla» deyəcəksiniz. Biz sizinlə tez-tezÖmrün yolları”nda qarşılaşacağıq, “Yollar görüşəndə…”, salamlaşacağıq, “Qatardasöhbətləşəcək, “Evləri köndələn yar” – oxuyubKökdən düşmüş piano” birlikdə çalacağıq.

Amma hələ ki, yoxluğunuzu həzm etmək iqtidarında deyilik. Xəbər saytlarının, televiziyaların bar-bar bağırdığı «Azərbaycan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycan kino teatrında əvəzsiz rolların ifaçısı Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib. Aktyorun ailəsindən verilən məlumata görə xalq artisti noyabrın 22-də səhər saatlarında dünyasını dəyişib»-xəbərinin şokunu yaşayırıq.

Elə isə  gəlin sizli-bizli sənətkarın ömür yoluna nəzər salaq

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT- “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasınınYelkənverilişinin aparıcılarından olub. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioneruşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın, Hüseyn CavidinTopal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığıSəni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiztrilogiyası, İslam SəfərlininGöz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio kinostudiyanın dublyaj sektoru ilə əməkdaşlıq edib, radiodaSabahınız xeyir”, “Gülüş axşamıyumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. “Azərbaycanfilmkinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.

Dünən Azərbaycan Dövlət Dram Teatrında xalq artisti Yaşar Nuri ilə vida mərasimi keçirilib. Vida mərasiminə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazirliyin nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri, aktyorlar qatılıblar.

Azərbaycan Dövlət Dram Teatrında keçirilən anım mərasimi zamanı Yaşar Nurinin oynadığı ən məşhur rolların dilindən parçalar səsləndirilib. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Yaşar Nurinin oyandığı misilsiz obrazlardan, teatr sənətindəki uğurlardan söz açıb. Yaşar Nurinin Azərbaycan mədəniyyətinin əvəzolunmaz sənətkarı olduğunu söyləyən Əbülfəs Qarayev bildirib ki o, əsl sənət fədaisidir. Əbülfəs Qarayev Prezident İlham Əliyevin adından mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Daha sonra çıxış edən xalq artistinin yaxın dostu Firəngiz Mütəllimova göz yaşlarını saxlaya bilməyib. O deyib ki, 34 ildir ki, Yaşar Nuri ilə çiyin-çiyinə çalışır: “Yaşar deyəndə Firəngiz, Firəngiz deyəndə Yaşar yada düşür. Mən saat 7-dən şokdayam. Yaşar mənim nəfəsim, canım, görən gözüm, arxam, dayağım, hər şeyim idi. Ən son srağagün onunla danışmışdım. Mən bu gün Yaşar haqqında son söz deyə bilmirəm. Yaşarın böyüklüyü qarşısında baş əyirəm”.

 

“Mərkəz”in kollektivi də bütün Azərbaycan xalqı kimi sənətkarın ölümündən sarsılıb. Allah rəhmət eləsin!

 

 

Cəvahir  Səlimqızı

 

Mərkəz.- 2012.- 23 noyabr.- S.- 14.