Bakıda rəssam İmran
Nurəlinin fərdi sərgisi açılıb
Vəcihə
Səmədova adına sərgi salonunda Azərbaycan Rəssamlar
İttifaqının (ARİ) üzvü İmran Nurəlinin
boyakarlıq işlərindən ibarət fərdi sərgisi
açılıb.
Sərginin
incəsənət sahəsinin, Milli Məclis üzvlərinin,
ictimaiyyət nümayəndələrinin və tələbələrin
iştirakı ilə keçən
açılışında ARİ-nin sədri Fərhad Xəlilov,
Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev və
başqa mütəxəssislər çıxış edib,
istedadlı rəssamın bənzərsiz
yaradıcılığından söz açıblar.
Yaradıcılıq aləmində “Azərbaycanın Salvador
Dalisi” kimi tanınan rəssamın sərgidə 47 iri həcmli
boyakarlıq əsəri nümayiş etdirilir.
İ.Nurəli
bu tədbiri Moskvada aşılacaq sərgisi üçün
bir hazırlıq, əsaslı məşq kimi dəyərləndirib.
Onun sözlərinə görə, RF-nin prezidenti azərbaycanlı
rəssamın yaradıcılığına maraq göstərib
və yaxın zamanlarda moskvalılar onun əsərləri ilə
yaxından tanış olmaq imkanı qazanacaqlar.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 23 noyabr.- S. 15.