Avropa Birliyinin EuroEast Culture - Proqramı çərçivəsində seminar
Cari
ilin 21-22 noyabr tarixində "Landmark" Otelində Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndələrinin, müxtəlif
mədəniyyət müəssisələri əməkdaşlarının,
QHT-lərin və digər müvafiq qurumların
iştirakı ilə Avropa Birliyinin EuroEast Culture - Şərq
Tərəfdaşlıq ölkələri üzrə Mədəniyyət
Proqramı çərçivəsində seminar
keçirilir.
Noyabrın 21-də seminarın açılış mərasimi olub, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edib. Nazir müavini bildirib ki: "Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, habelə ümumbəşəri dəyərlərin beynəlxalq münasibətlər sistemində təbliği Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin prioritet vəzifələrindən olduğu üçün biz bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə daim hazırıq".
Qeyd edək ki, Avropa Birliyinin Şərq Tərəfdaşlıq ölkələri üzrə Mədəniyyət Proqramı mədəniyyət sahəsinin inkişafına xidmət edəcək əlavə maliyyə vəsaitlərinin cəlb olunmasına və yeni menecment üsullarının aşılanmasına yönəlib. Belə ki, mədəniyyət müəssisələrinin iqtisadi müstəqilliyini təmin edə biləcək qrant və layihə təcrübəsinin geniş tətbiq olunması müsbət təzahür olduğu üçün Nazirlik tərəfindən bu kimi beynəlxalq təşəbbüslər daim dəstəklənir.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 23 noyabr.- S.-
15.