Fransada azərbaycanlı rəssam Nail Nadir Ələkbərovun
sərgisi açılıb
Fransanın
Lion şəhərindəki MAPRA müasir incəsənət
mərkəzində azərbaycanlı rəssam Nail Nadir Ələkbərovun
növbəti sərgisi açılıb.
Sərgiyə MDA – Fransa Rəssamlar Evinin vitse-prezidenti, məşhur rəssam-heykəltaraş Alain Lovato qatılıb. Sərgi noyabrın 22-dən dekabrın 8-dək davam edəcək.
Nail Nadir Ələkbərov 1979-cu ildə
Bakıda anadan olub. Əzim Əzimzadə adına
Rəssamlıq Kollecini,
Azərbaycan Rəssamlıq
Akademiyasını bitirib,
Fransanın Limoj şəhərindəki Dövlət
Ali Rəssamlıq Məktəbində
və Liondakı Lumier Universitetində təhsil alıb. Fransa Mədəniyyət Nazirliyinin
rəssamlıq diplomunu
alıb.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 24 noyabr.- S.14.