Gənclərin II Ümumrespublika Teatr Festivalı Art-kampa start verir
Millət
vəkili Jalə Əliyevanın rəhbərliyi,
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansının dəstək
verdiyi Gənclərin
II Ümumrespublika Teatr
Festivalı final mərhələsinə
çatıb.
Noyabrın 24-ü səhər tezdən
Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdabı təmsil edən 100-dən
atrıq gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və məşqlərdə iştirak
etmək üçün
GİN-in Şüvəlanda yerləşən düşərgəsinə
toplaşıb.
Tanınmış sənət adamları-
xalq artistləri Rafael
Dadaşov, Vaqif Əsədov, Rasim Balayev, Ağaxan Salmanlı, rejissor Cavid Təvəkkül,
YUĞ Dövlət Teatrının
direktoru Tərlan Rəsulovun iştirakı
ilə ustad-dərslərin
yer aldığı və həyəcanla gözlənilən Art Kamp 3 gün
davam edəcək.
Noyabrın 24 saat 11.00 – Cavid
Təvəkkül, saat
15.00 – Rafael Dadaşov
Noyabrın 25 saat 11.00 - Vaqif
Əsədov, saat
15.00 – Rasim Balayev
Noyabrın 26 saat 11.00 – Ağaxan
Salmanlı, saat 15.00 -
Tərlan Rəsulov
Düşərgənin keçirilməsində məqsəd isə gənclər arasında ünsiyyətin və yaradıcı münasibətlərin
formalaşmasına yardımçı
olmaqdır.
Qeyd edək
ki, layihənin ideya müəllifi Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir.
Layihənin informasiya dəstəyi AzTV, Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 24 noyabr.-S.- 15.