Azərbaycan aliminin özbək dilində kitabı nəşr olundu
Daşkəndin
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
görkəmli Azərbaycan alimi, şərqşünas,
akademik Ziya Bünyadovun özbək dilində nəşr
olunmuş “Mərkəzi Asiya tədqiqatları. Xarəzmşahlar
dövləti” adlı kitabının təqdimat mərasimi
keçirilib.
Təqdimat
mərasimi Azərbaycan səfirliyinin təşkilatçılığı,
Özbəkistanın elm və təhsil müəsisələrinin
iştirakı ilə keçirilirdi.
Təqdimat
mərasimində çıxış edən Azərbaycanın
Özbəkistandakı müvəqqəti işlər vəkili
Akif Əliyev Ziya Bünyadovun Azərbaycan-Özbək
münasibətlərindəki əlaqələrinin
inkişafındakı rolundan danışdı və
kitabın nəşrində iştirak edənlərə təşəkkürünü
bildirdi.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 24 noyabr.- S.-
14.