Londonda “Azərbaycan foto
obyektivlərdə” müsabiqəsinin qalibləri elan olunub
Londonda,
“La Galleria Pall Mall”da “Azərbaycan
foto obyektivlərdə”
sərgisinin açılışı
olub.
Bu barədə Avropa
Azərbaycan Cəmiyyətindən
məlumat verilib. Sərginin açılışında
AAC tərəfindən təşkil
edilən “Azərbaycan
foto obyektivlərdə”
müsabiqəsinin qalibləri
elan edilib. Fotoqraf Asim Talıbın 1985-ci ildə Kəlbəcər
rayonunda çəkdiyi
“Ağsaqqallar” fotosuna
görə müsabiqənin
qalibi seçildiyi açıqlanıb. Müsabiqədə 2-ci yerə “Bibiheybət məscidi” fotosuna görə Etibar Cəfərov, 3-cü yerə
“Alovlar və iynə” fotosuna görə Fuad Babayev layiq görülüb.
Sərgidə
bütövlükdə Azərbaycan etnoqrafiyası, mədəniyyəti,
memarlığı və təbiətinə dair 100 foto
nümayiş olunur. Bu işlər Azərbaycanın və
dünyanın müxtəlif ölkələrindən olan həvəskar
və peşəkar fotoqrafların “Azərbaycan foto obyektivlərdə”
müsabiqəsinə təqdim etdikləri 750 foto arasından
seçilib.
Sərgi
dekabrın 1-dək ziyarətçilər üçün
açıq olacaq. Londondan sonra bu ecazkar fotolar Avropa Azərbaycan
Cəmiyyəti tərəfindən Brüssel, Paris və
Berlin şəhərlərində təşkil ediləcək
sərgilərdə nümayiş etdiriləcək.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 24 noyabr.- S.15.