Tiflisdə Xalq artisti Yaşar Nurinin xatirə gecəsi keçirilib
Tədbirdə Gürcüstan parlamentinin deputatları, Azərbaycan və gürcü ictimaiyyətinin, tələbə-gənclərin nümayəndələri iştirak ediblər. Gecənin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri şair Rafiq Hümbət iştirakçılara Yaşar Nurinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, Yaşar Nurinin vəfatı dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da böyük kədərinə səbəb olub.
ARDNŞ-in
Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı
Şövqi Mehdizadə, AZEBİ ictimai birliyinin rəhbəri
Qaratel Allahverdiyeva, Heydər Əliyev adına Tbilisi Azərbaycan
Dövlət Dram Teatrı direktorunun müavini Namiq
Valehoğlu, yazıçı-jurnalist Emin Elsevər və
başqaları Yaşar Nuri
yaradıcılığının özəlliklərindən
söhbət açıblar.
Sonda
Yaşar Nurinin iştirakı ilə çəkilmiş “Bəyin
oğurlanması” filmi nümayiş etdirilib.
Cəvahir Səlimqızı.
Mərkəz.- 2012.- 28 noyabr.- S.-
15.