Muzey Mərkəzində “Gənc istedad - 2012”

 

Noyabrın 27-də Muzey Mərkəzinin incəsənət qalereyasında “Gənc istedad - 2012” təsviri-incəsənət sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, sərgidə Gənclər və İdman Nazirliyi (GİN) və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində “Gənc

Sərgidə Gənclər və İdman Nazirliyi (GİN) və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində “Gənc istedad - 2012” təsviri sənət müsabiqənin iştirakçıların əsərləri nümayiş etdirilmişdir.

Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunmuş sərgidə 18-29 yaş arasında gənc rəssamların yalnız son bir ildə yaradılmış, heç bir yerdə nümayiş etdirilməmiş, çərçivəyə salınmış yeni əsərləri təqdim olunmuşdur.

Müsabiqənin qaliblərini münsiflər heyəti seçəcəkdir. Hər bir nominasiya üzrə I, II və III yerlərin sahibləri müəyyənləşdiriləcək və onlara müvafiq olaraq 1000, 800 və 600 manat məbləğində pul mükafatı veriləcəkdir.

 

 

Cəvahir Səlimqızı.

 

Mərkəz.- 2012.- 28 noyabr.- S.- 15.