"Uşaq Eurovizionu 2012"nin rəsmi
açılış mərasimi oldu
Dünən Niderlandın paytaxtı Amsterdamda "Uşaq Evrovizionu - 2012" ("Junior Eurovision 2012”) mahnı yarışmasının təntənəli aşılışı olub. ANS PRESS-in məlumatına görə, 1 dekabrda başlanacaq beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılşı "Mercury" otelində baş tutub. Mərasimdə 12 ölkənin bütün təmsilçiləri, həmçinin Azərbaycanı “Junior Eurovision”da təmsil edəcək Ömər Sultanov və Suada Ələkbərova da iştirak edib.
Bu
gündən etibarən müsabiqənin məşqlərinə
start veriləcək. Ömər və Suada müsabiqədə
75 faizi Azərbaycan dilində olan “Boys and Girls”
mahnısını ifa edəcəklər. Bu mahnı əvvəlcə
bütünlüklə ingilis dilində yazılsa da, sonradan
müsabiqənin şərtlərinə uyğun olaraq 75%-i
ana dilində yenidən işlənilib.
Qeyd edək
ki, “Junior Eurovision 2012” dekabrın
1-də Amsterdamda keçiriləcək. Azərbaycan bu
müsabiqədə ilk dəfə
təmsil olunur. Müsabiqədə 12 ölkə
təmsilçisi birincilik
uğrunda mübarizə
aparacaq.
Mərkəz.- 2012.- 29 noyabr.- S.- 14.