2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə ilielan edilib

 

Mədəniyyət və Turizm Nazirliyindən “Mərkəz”ə verilən məlumata əsasən, nazirliyin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadimmaarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə ilielan edilib.

Hazırda “M.F.Axundzadə ilinin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.

2012-ci ilin yanvar ayında isə Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə ilinin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.

 

 

Mirvari Nəcəf

 

Mərkəz.- 2012.- 10 yanvar.- S. 6.