Əbülfəs
Qarayev Türkiyəyə gedib
Nazir ”M.F.Axundzadə İli”
çərçivəsində keçirilən tədbirlərə
qatılıb.
Mədəniyyət
və Turizm Naziri Əbülfəs
Qarayevin başçılıq etdiyi nümayəndə heyəti böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi,
görkəmli ictimai xadim
və maarifçi Mirzə Fətəli
Axundzadənin anadan olmasının 200 illiyinin TÜRKSOY çərçivəsində
qeyd edilməsi və
2012-ci ilin həmin təşkilat tərəfindən “M.F.Axundzadə İli”nin elan edilməsi ilə əlaqədar
dünən Türkiyənin Ankara şəhərində
TÜRKSOY təşkilatının qərargahında
keçiriləcək rəsmi açılış mərasimində
iştirak edib.
Tədbirdə həmçinin Türkiyənin Mədəniyyət
Naziri Ərtoğrul Günay, TÜRKSOY təşkilatının
Baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət
və abidələrin qorunması naziri cənab Nikolaz Rurua,
AMEA-nın alimləri və digərləri iştirak ediblər.
Tədbir zamanı M.F.Axundzadə
yaradıcılığına aid kitabların TÜRKSOY təşkilatına
təqdim olunması və ədibin həyat və
yaradıcılığına həsr edilmiş “Sabahın
elçisi” adlı filmi nümayiş etdirilib.
Qeyd edək ki, “M.F.Axundzadə İli”-nin TÜRKSOY-a
daxil olan bütün üzv ölkələrdə yüksək
səviyyədə keçirilməsi məqsədi ilə
müvafiq tədbirlər həyata keçirilməkdədir.
Cəvahir
Səlimqızı
Mərkəz.-
2012.- 27 yanvar.- S. 11.