Şəmistan Əlizamanlının yubileyi
keçirildi
Beynəlxalq Diaspora Mərkəzi (BDM), Türkiyənin Azərbaycandakı səfirliyi və Anadolu Türk Liseyinin təşkilatçılığı ilə hərbi mahnıların mahir ifaçısı, BDM-in sədr müavini Şəmistan Əlizamanlının 50 illik yubileyi qeyd olunub. Bu barədə qəzetimizə BDM-in mətbuat xidmətindən məlumat verilib. Mərasimdə çıxış edənlər yubilyarın səsinin əzəmətini, vətənpərvərlik ruhunda oxuduğu mahnıların gücünü xüsusi vurğulayıblar.
BDM-in sədri İsmayıl Ağayev Ş.Əlizamanlı haqqında təkcə mahir ifaçı kimi deyil, həm də yaxşı dost kimi danışmaqdan məmnunluq hissi keçirdiyini bildirib.
O qeyd edib ki, Ş.Əlizamanlı həm vətəndaş, həm insan, həm də millətçi kimi Azərbaycan xalqının, bütövlükdə türk dünyasının böyük sevgisini qazanıb.
Yubiley münasibətilə Ş.Əlizamanlıya BDM adından təbrik məktubu təqdim olunub, türk dünyasının birliyi və bütövlüyü, Azərbaycan diasporunun inkişafında göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edilib. Türkiyə səfirliyinin təhsil məsələləri üzrə müşaviri Halis Koyunçuoğlu türk dünyasının birliyi, bütövlüyü, türklüyün əzəmətini özündə əks etdirən mahnıların ifaçısı adlandırdığı yubilyarı təbrik edərək, ona səfirlik adından dəyərli hədiyyələr bağışlayıb.
Mərasimdə Prezidentin İcra
Aparatının ictimai-siyasi
şöbəsinin sektor
müdiri Qafar Əliyev, Dünya Azərbaycanlıları Konqresinin
İdarə Heyətinin
üzvü, millət
vəkili Gülər
Əhmədova, xalq şairi Söhrab Tahir və digər
ziyalılar çıxış
edərək yubilyara xoş sözlərini çatdırıblar.
Səxavət
Mərkəz.- 2009.- 13 fevral.- S. 10.