Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir

 

Azərbaycanın paytaxtı üçün mühüm mədəni hadisələrdən biri olan IV Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir. Festival çərçivəsində növbəti konsert dekabrın 13-də Leopold Mstislav Rostropoviçlərin ev-muzeyində təqdim edilib. Tədbirdə çıxış edən ev-muzeyin direktoru Şeyla Heydərova M.Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin direktoru Ruhulla Əzizov böyük sənətkarın mənalı ömür yolundan, doğma Vətəni Azərbaycana olan sonsuz sevgisindən, istedadlı gənclərə göstərdiyi diqqət qayğıdan danışıblar. Konsertdə dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin adını daşıyan məktəbin şagirdləri bu təhsil ocağının Prezident təqaüdçüləri geniş konsert proqramı ilə çıxış ediblər. Festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bütün iştirakçılara minnətdarlığını bildirərək, gənc istedadlara uğurlar arzulayıb. Qeyd edək ki, festival dekabrın 19-dək davam edəcək.

 

Mövqe.- 2010.- 15 dekabr.- S.13.