Polşada Azərbaycan rəssamının sərgisi
keçirilib
Azərbaycan Respublikasının Polşa
Respublikasındakı səfirliyinin
təşkilatçılığı ilə Varşavada Azərbaycan Rəssamlar İttifaqının üzvü,
rəssam və fotoqraf Həmid İbadullayevin "Gecə-gündüz"
adlı sərgisi keçirilib. Sərginin açılışında Polşanın
müxtəlif hökumət
qurumları və yerli ictimaiyyətin nümayəndələri, incəsənət
xadimləri iştirak
ediblər. Səfir Həsən Həsənov
tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın
mədəniyyəti, rəssamlıq
ənənələri, qədim
tarixi barədə ətraflı məlumat verib. Mərasimdə "Azərbaycan mənzərələri"
videoçarxı göstərilib
və tədbir Vaqif Mustafazadənin musiqisinin sədaları altında davam edib. Sonda polyak
Voytek Kvapisinski milli alətimiz olan tarda kiçik
konsert proqramı ilə çıxış
edib. Sərgi iştirakçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Mövqe. - 2010.- 15 dekabr.-
S.13.