Rəşid Behbudovun 95 illiyi qeyd edilib

 

Musiqi ictimaiyyəti sənətkarın doğmaları görkəmli müğənninin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək, onun xatirəsini yad edib, Azərbaycan musiqisinə verdiyi töhfələrdən söz açıblar. Sənətkarın qızı Rəşidə Rəşid bildirib ki, Rəşid Behbudov qeyri-adi cazibə qüvvəsinə, geniş ürəyə xeyirxah təbiətə malik şəxsiyyət idi. "Ona görə həm həyatda, həm səhnədə, həm yaradıcılıqda hamıya nəsib olmayan zirvələri fəth edə bilib. O, hər şeydən əvvəl xalqını sevirdi, təkəbbürsüz insan idi. Həm insanlarla ünsiyyətində, həm adi həyatda özünü çox sadə aparırdı".

Tədbirdə vurğulanıb ki, Rəşid Behbudovun yaradıcılığı sərhəd tanımırdı. O, Azərbaycan musiqisini fəxrlə uzaq ölkələrə yaymaqla bərabər, kino salnaməsinə yaddaqalan obrazlar bəxş edib. Azərbaycan Dövlət Filarmoniyasının, Opera Balet Teatrının solisti olan Rəşid Behbudov 1966-cı ildə Dövlət Mahnı Teatrını yaradıb. Ömrünün sonunadək caz, balet, pantomima janrlarını üzvi surətdə birləşdirən həmin teatrın solisti bədii rəhbəri kimi çalışıb. İfa etdiyi hər mahnı, yaratdığı hər obrazla sənət hadisəsinə çevrilən sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb. Rəşid Behbudovun məzarı önünə tər gül-çiçək dəstələri qoyulub.

 

Mövqe.- 2010.- 17 dekabr.- S.13.