Texnologiyalara münasibət fərqlidir
Sürətlə
yeniləşən, dəyişən müasir
texnologiyalara münasibətlər
də fərqlidir. Hər kəsin fəaliyyət sahəsindən,
dünyagörüşündən, istifadə imkanlarından
asılı olaraq texnologiyalara
fərqli münasibətlərin ortaya çıxmasını
da təbii qarşılamaq olar. Bu baxımdan,
qadınların və kişilərin də texnologiyalara
münasibətlərində fərqli cəhətlər müşahidə
olunur. İngiltərədə
aparılan bir
araşdırma, qadın və kişilərin texnologiya
ilə əlaqələrinin
bir-birindən çox fərqli
olduğunu ortaya
çıxarıb. Bu fərq "Gadget Helpline" adlı texnoloji məsləhətləşmə şirkətinin 75 min nəfər arasında
apardığı araşdırmada da özünü biruzə verir. Şirkətin araşdırmalarına görə, kişilərin
yüzdə 64-ü, qadınlarınsa yüzdə 24-ü problem yaşadıqları
cihazların istifadə etmə bələdçisinə
heç fikir də vermirlər.
Müşahidə edilib ki,
qadınlar telefonda kişilərə nisbətən daha çox
zaman keçirir. Belə
ki, qadınların yüzdə 32-si telefonla danışmağa olduqca
həvəslidirlər. Bununla belə, sorğu xidmətlərində və ya müştəri xidmətlərində işləyən
kişilər isə daha çox
qadınlarla danışmağa üstünlük verirlər. Belə kişilər
yüzdə 66 faiz təşkil
edir. Aparılan bir araşdırma kişilərin
və qadınların internet üzərində təhlükəsizlik
mövzusuna yanaşmalarını
müəyyənləşdirib. Araşdırmanın nəticələrinə
görə kişilər internet mövzusunda daha
nizamsız hərəkət edirlər, qadınlar isə
addımlarını daha möhkəm
atırlar. Məsələn, kişilərin 47 faizi fərqli internet saytları üçün
həmişə eyni
şifrəni istifadə edərkən, qadınlarda bu nisbət 26 faizdir. E-poçt əlavələri mövzusunda
yenə kişilər
daha tədbirsiz
davranırlar. Bir e-poçt
əlavəsinin nə qədər
etibarlı olduğunu araşdırmadan
əlavəni açan
kişilərin nisbəti
60 faiz olduğu halda, qadınlarda bu nisbət 48 faizdir. Digər tərəfdən, kişilərin 30 faizi sistemlərində göstərilən təhlükəsizlik xəbərdarlıqlarına,
"cansıxıcı" hesab etdikləri üçün
əməl etmirlər.
Ancaq kişilərin
85 faizi internet
üzərindən gələ biləcək
təhlükəsizlik hücumlarının növlərini bilirlər. Bu məlumata sahib qadınların nisbəti isə, çox təəssüf
ki, bu rəqəmin
yalnız yarısını təşkil edir. Proqramlarını avtomatik olaraq aktivləşdirmə mövzusunda
hər iki cins də sinifdə qalmış görünür.
Kişilərin yalnız
20 faizi, qadınların
isə 10 faizi proqramların avtomatik
aktivləşmə xüsusiyyətlərindən istifadə edir.
Joanna Baua adlı psixoloq texnologiyadan istifadə üzrə cinslərarası fərqlilik olduğunu bildirir. Psixoloq,
ümumiyyətlə, kişilərin texnologiyaya
başa düşülməsi
və fəth edilməsi lazım olan bir predmet olaraq
baxdığını bildirir.
Onun sözlərinə
görə, qadınlarda isə bu hiss bir qədər
başqadır. Belə ki, zərif
cinsin nümayəndələri isə daha çox özlərinə fayda verəcək cihazlara motivasiya olmağa üstünlük verirlər. Bütün
bunlarla yanaşı, qeyd
etməliyik ki, cəmiyyətin
yeni informasiya erasına qədəm qoyduğu
bir dövrdə bu quruluşun ən fəal üzvü olan qadınların da həyatında bir çox dəyişikliklər qeydə
alnıb. Bu dəyişiklikləri
bir çox hallarda texnologiya ilə əlaqələndirilir.
Bu fikri bir qədər aydınlaşdırmaq üçün qeyd edək ki, bir
neçə il əvvəl 40 yaşından yuxarı
qadınlar kompyuterlər haqda bir o qədər də məlumata
malik deyildilər. Zaman
keçdi, dəyərlər, həyatın
ahəngi dəyişdikcə, insanların zövqləri və
intellektual səviyyələri
də dəyişməyə
başladı. İndi e-poçt
vasitəsi ilə məktub alıb
göndərə bilən, hətta internetdə özünə
lazım olan məlumatları
axtarıb tapa bilən qadınlar da kifayət qədərdir.
Bu gün
dünya səviyyəsində qadınlar ictimai şəbəkə texnologiyalarında da rekord vururlar. Texnologiya
fenomeninin qadınların gündəlik həyatına
inteqrə olunması müsbət hal kimi qiymətləndirilir. Qeyd
etmək lazımdır
ki, həm istifadəçilər,
həm də həmin resursların yaradıcıları
arasında qadınların sayı çoxdur.
Bu gün qadınlar bütün bu proseslərin əsas
iştirakçılarına çevrilmişlər. Amerika futuroloqları C.Hesbet və P.Eburdinə görə
qadınlar informasiya cəmiyyətində
professional və sahibkar
kimi üstünlük
təşkil edirlər və informasiya inqilabının genişləndiyi
bir şəraitdə
kişilərlə rəqabət aparmaq gücündədirlər.
Analitiklərin verdiyi proqnoza əsasən, internet istifadəçiləri arasında qadınların
faizi durmadan artır: ABŞ-da - 40 faizdən çox, Avropada - 20 faizdən çox, Rusiyada - 15 faiz və c. Aparılan təhlillərdə internet istifadəçilərinin beşdə dörd
hissəsinin 16-35 yaşlı gənclər
olduğu məlum olur. Yaşı 64-dən
çox olan istifadəçilərin ümumi
sayda xüsusi çəkisi
0,7 faiz təşkil edir. İstifadəçilərin 55 faizi ali təhsillidir.
İnternetdən informasiya axtarmaq
məqsədilə istifadə edənlər
daha çoxdur - 49,2 faiz (oyun, şəkil
yükləmək və musiqiyə qulaq asmaq halları
da daxil olmaqla). Hakimiyyət orqanları ilə əlaqə
yaradanlar əvvəlki
illə müqayisədə artsa da, yenə daha az - 4,4 faiz
xüsusi çəkiyə
malikdir. Qadınlar internetdən professional maraqlarını təmin
etmək məqsədilə informasiya mənbələrini tapmaq,
söhbət, tanışlıq, mənəvi və mədəni
ehtiyaclarını ödəmək üçün
istifadə edir və eyni zamanda əyləncəli
materiallar, dükanlar,
kosmetika, moda və kulinariya haqqında informasiya tapırlar.
Digər maraqlı məsələlərdən
biri də virtual məkanda mövcud olan resursların
xanımların
tələbatını təmin etməsidir. Bu
məsələ ətrafındakı
araşdırmaların nəticəsi ona əsas verir ki, bu tələbat
qismən ödənilir. İki il bundan əvvəl
Rusiyanın YANDEX axtarış sisteminin statistik məlumatına
istinadən "qadınlar" açar sözü sorğusuna cavab olaraq 212 milyona yaxın veb səhifə açılmışdır.
Bu veb-səhifələrdə
əsas etibarilə əyləncə xarakterli məlumatlar, mağazalar,
yeməklər, kosmetika, moda,
tanışlıq xidməti haqqında informasiyalar,
eyni zamanda erotik və pornoqrafik saytlara keçidlər yerləşdirilmişdir. Həmin
məlumatlar xüsusi yaradılmış
http://family.yandex.ru/ saytı vasitəsilə filtrdən
keçirildikdən sonra (etik
normalara uyğun olmayan saytları avtomatik siyahıdan çıxarır) saytların sayı 139 milyon olmuşdur. Həmin
dövrdə Azərbaycan dilində Google.az
axtarış sistemində
"qadınlar" açar sözü sorğusuna cavab olaraq 481 min veb səhifə
açılmışdır.
Statistikaya görə, 2000-ci ildən
axtarış sistemlərində qadınlar haqqında veb səhifələrin sayı 4 dəfə artıb. Bu saytların içərisində
gender (qadın və uşaq hüquqları) haqqındakı
saytların sayı 9 dəfə artmışdır. Bu faktlar onu
göstərir ki, internet
informasiya inqilabının parlaq
ifadəçisi olmaqla,
eyni zamanda ümumdünya gender bərabərliyi hərəkatına
imkan verir.
Azərbaycanda ev xanımları ilə bərabər
işgüzar xanımlar da az deyil.
Bu xanımlar həm də ev işlərinin öhdəsindən
gəlməyi, vaxtlarını duzgün bölüşdürməyi
bacarmalıdırlar. Bu işdə
onlara internet yardım edə bilər.
Belə ki, lazımı
məsləhətlərin vaxtında
alınmasında, insanlarla informasiya
mübadiləsinin aparılmasında və
lazım olan xəbərin
tez çatdırılmasında (təbriklər,
e-məktublar), alqı-satqı, bank hesabından pul
köçürmələri, sifarişlərin edilməsi (mağazalara, restoranlara,
gözəllik salonlarına, nəqliyyat xidmətlərinə)
və digər bu kimi işlərin görulməsində internetin rolu böyükdür. Yəni xanımların tələbatının
çoxunu əks etdirən saytların və ya
portalların olması
onların işini yüngülləşdirər,
vaxt itkisini azaldar, axtarış sistemindən istifadə
etmələrinə ehtiyac yaranmaz.
Yəqin elə bu səbəbdəndir
ki, internet qadınların ehtiyaclarını
tam dolğun ödəyə bilmir.
Mütəxəssislər, qadınların
maraq dairəsi olan uşaqlara qayğı, ailə, milli mətbəximiz,
körpələr, valideyn, virtual uşaq dünyası, evdarlıq, etiketlər, moda və s. kimi saytların
daha da çox
olmasını təklif edirlər. Onların
qənaətinə görə, ev əşyalarına, geyimlərinə qulluq, təmizlənmələr
və yuyulmaların sirləri, kiçik ev təmir işlərinin aparılması, bağ və bostan işlərində kömək, ev heyvanlarına qulluq, saç düzümü, makiyaj, moda, qidalanma qaydaları, dizayn, evin bəzədilməsi,
kulinariya və s. kimi müxtəlif
informasiya bölmələrinin, eləcə
də adları sadalanan sahələr
üzrə mövcud saytlara istinadların
çoxalması daha yaxşı
olardı.
Dostəli
Cəmaləddin
Mövqe.-
2010.- 15 dekabr.-S. 11.