"Səməd Vurğun təsviri sənətdə" rəsm sərgisi
açılıb
Dekabrın 14-də "Qız Qalası" rəsm
qalereyasında "Səməd Vurğun təsviri sənətdə"
sərgisinin açılış mərasimi və eyni mövzuda fotoalbomun təqdimatı keçirilib.
Sərgi Səməd Vurğunun ev-muzeyinin yaradılmasının 35 illiyinə həsr olunub. Ev-muzeyin direktoru, S.Vurğunun
nəvəsi Aygün
Vəkilova bildirib ki,
sərgidə Səttar Bəhlulzadə, Maral
Rəhmanzadə, Tahir Salahov,
Mikayıl Abdullayev, Arif Hüseynov, Oqtay Sadıqzadə, Nəcəfqulu
İsmayılov, Kamil Xanlarov,
Elmira Şahtaxtinskaya,
Asəf Cəfərov, Nadir
Əbdürrəhmanov, Qafar Sarıvəlli
və digər görkəmli Azərbaycan rəssamlarının
50-dən çox sənət
əsəri nümayiş
etdirilir. Aygün Vəkilova
deyib ki, Səməd Vurğunun 2011-ci ildə
keçiriləcək 105 illiyi ərəfəsində muzeyin
fondlarında qorunan eksponatlar
bərpa və konservasiya
edilərək çərçivələnib.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, Xalq rəssamı Arif Hüseynov,
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev,
tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov və başqaları Səməd
Vurğunun yaradıcılığından, xalqın öz şairinə
ehtiramından söhbət
açıblar. Sərgiyə, eyni zamanda şairin
ailə üzvləri - Yusif və Vaqif Səmədoğlularının,
Vurğun Vəkilovun rəsmləri də daxil edilib. Sərgidə nümayiş
etdirilən tablolar
"Azpoliqraf" nəşriyyatında
çapdan çıxmış "Səməd
Vurğun təsviri sənətdə" fotoalbomunda
nəşr olunub. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin ön söz
yazdığı fotoalbomu şairin
ev-muzeyinin direktoru Aygün Vəkilova tərtib
edib.
Mövqe.-
2010.-16 dekabr.- S.13.