Oğuzda qədim Azərbaycan
dövlətinə məxsus arxeoloji materiallar aşkarlanıb
Azərbaycanın Oğuz rayonunun
Kərimli kəndində
e.ə. II minilliyə
aid olan, 250 il
davam etməsi ehtimal edilən, amma adı bu
günə qədər
məlum olmayan Azərbaycan dövlətinə
dair arxeoloji materiallar aşkarlanıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya institutunun Şəki, Qax, Oğuz ekspedisiyasının
rəisi Nəsib Muxtarov deyib. Onun sözlərinə görə, həmin kənddə
aparılan arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif
sülalələr tərəfindən idarə edilməsi
ehtimalı ortaya çıxıb.
N.Muxtarov deyib ki,
Kərimli kəndindəki
kurqanlarda aparılmış
qazıntılar nəticəsində
bu dövlətin olması ehtimalına gəlinib.
Ekspedisiya rəisinin bildirdiyinə görə,
Kərimli kəndində
təxminən 3 hektar
ərazidə olan, 14 belə kurqanda olduğu yer və hazırda arxeoloji qazıntıların
aparıldığı ərazi
el arasında "Hökmdar
məzarlığı", rəsmi sənədlərdə
isə "Qazı yeri" adlanır. Bu da elə həmin
ehtimallara əsas verir: "Kərimli kəndindəki 2 saylı
kurqandakı dəfn çalasından çıxan
arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə,
yəni 2 saylı Kurqanda dəfn e.ə. II minilliyin I rübünə, yəni orta tunc dövrünə
təsadüf edir. Əgər qızıl öküz başının tapıldığı
1 saylı kurqanı da e.ə. II minilliyin ortalarına aid etsək, onda belə çıxır ki, biz böyük həqiqətlə üz-üzə
dayanmışıq. Ola bilsin
ki, biz tarixdə adını bilmədiyimiz,
amma e.ə II minilliyində mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud
da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər
üçün nəzərdə
tutulub". N.Muxtarov deyib
ki, bu yenilik
Azərbaycanın qədim
tarixinin deyil, Ön Asiyanın və Qafqaz regionunun tarixini öyrənmək üçün
böyük tarixi əhəmiyyətə malikdir.
Tədqiqatçı hazırda qazıntıların
davam etdiyini də bildirib.
Mövqe.- 2010.- 31 dekabr.- S. 2.