Azərbaycan
Aşıqlar Birliyi tərəfindən 50-dən
çox tədbir kecirilib
Dekabrın 29-da Azərbaycan Aşıqlar Birliyində
2010-cu ilin yekunlarına
həsr edilmiş iclas keçirilib. Tədbirdə çıxış
edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub bütün sənət adamlarını,
o cümlədən aşıqları
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il bayramı münasibətilə təbrik
edib və onlara uğurlar arzulayıb. Bildirib ki, cari ildə
qurumun təşəbbüsü və təşkilatçılığı
ilə 50-dən çox tədbir keçirilib. Azərbaycan aşıq sənəti dünyanın bir çox ölkələrində
yüksək səviyyədə
təbliğ olunub.
Bu tədbirlər silsiləsində ölkəmizdə
keçirilmiş Birinci
Beynəlxalq Aşıq
Festivalının xüsusi
yeri vardır. Azərbaycanda ilk dəfə təşkil
edilmiş festivala 8 ölkəni təmsil edən sənətkarlar qatılıb.
Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən bu festival milli aşıq sənətimizin beynəlxalq
aləmdə tanıdılması
və təbliği, mədəniyyətimizin inkişafında
aşıq sənətinin
rolunun artırılması,
Azərbaycan aşıqlarının
və aşıq-ozan
sənətinin yayıldığı
ölkələrin sənətkarlarının
bir araya gətirilməsi üçün
böyük imkanlar yaradıb.
"Ulu öndərimiz
Heydər Əliyevin xalq yaradıcılığına
bəslədiyi həssas
münasibətə sadiq
qalaraq aşıq sənətinin inkişafı,
dünyada tanıdılması
üçün əlimizdən
gələni edirik.
Bu gün aşıq sənətinin inkişafı
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri
sayəsində yeni mərhələyə qədəm
qoyub. Muğam sənətindən sonra aşıq sənətinin də
YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilməsi bunun əyani ifadəsidir".
Bildirilib ki, Birlik tərəfindən 2011-ci il "Aşıq Ələsgər ili" elan edilib və
böyük sənətkarın
190 illik yubileyi münasibətilə ölkəmizin
bütün bölgələrində
silsilə tədbirlər
təşkil ediləcək.
Tədbirdə çıxış edən professorlar Qəzənfər Paşayev,
Məhərrəm Qasımlı
və başqaları
Aşıqlar Birliyinin
fəaliyyətini yüksək
qiymətləndirib və
qurumun bütün əməkdaşlarına uğurlar
ar-zulayıblar.
Mövqe.- 2010.- 31 dekabr.- S. 13.