Həvəskar
rəssamların və tətbiqi sənət
ustalarının əl işlərindən
ibarət sərqi açılıb
Rusiya Kulturologiya
İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş həvəskar rəssamların
və tətbiqi sənət ustalarının əl işlərindən
ibarət sərgi açılıb. Sərgini Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, Nazirliyin Elmi-Metodiki Mədəniyyətşünaslıq
Mərkəzi və Rusiya Kulturologiya institutu təşkil edib.
Rusiya Kulturologiya İnstitutunun direktoru, sənətşünaslıq
doktoru, professor, Rusiyanın Əməkdar İncəsənət
xadimi, Rusiya Elmlər Akademiyası Elmi Şurasının
üzvü Kiril Razloqov çıxış edərək tədbirin
xalqlarımız arasında mədəni dialoqun genişləndirilməsində
əhəmiyyətini qeyd edib.
Azərbaycan Elmi-Tədqiqat Mədəniyyətşünaslıq
İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru,
professor Vilayət İsmayılov mədəniyyət sahəsində
Azərbaycan-Rusiya əlaqələrindən
danışıb. O, xüsusi vurğulayıb ki, Rusiyanın
aparıcı kulturologiya institutunda Azərbaycan rəssamlarının
sərgisinin açılması ölkələrimiz
arasında humanitar sahədə əlaqələrin fəal
inkişaf etməsindən xəbər verir. Rusiya Fəlsəfə
Cəmiyyətinin beynəlxalq məsələlər üzrə müşaviri, fəlsəfə
elmləri namizədi, AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq institutunun baş elmi işçisi Ariz Gözəlov incəsənətin
qloballaşan dünyada mədəniyyətlərin dialoqunun
ayrılmaz hissəsi olduğunu söyləyib. Sərgidə
rəssamlarımızın Azərbaycana həsr
olunmuş əsərləri nümayiş etdirilir.
Tətbiqi sənət ustalarının əl işləri
isə Azərbaycanın nəsildən-nəslə
ötürülən zəngin
ənənələrindən xəbər verir.
Mövqe.-
2010.- 31 dekabr.- S. 13.