Seminar iştirakçıları Niyazi muzeyində

 

İyulun 11-də Niyazinin ev-muzeyində "Samp" qitələrarası muzeylər şəbəkəsinin Azərbaycanda keçirdiyi seminar iştirakçılarının musiqi məktəblərinin şagirdləri ilə görüşü keçirilib. "Samp"ın icraçı direktoru xanım Elizabet Olofsson, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova və başqaları bildiriblər ki, gələcəyimiz olan gəncləri öz mədəni keçmişinə rəğbət ruhunda böyütmək lazımdır. Bunun üçün muzey işçiləri çox iş görməlidirlər. Qonaqlar məktəblilərin ifasında Azərbaycan və Qərb musiqisi nümunələrini maraqla dinləyiblər.

 

 

Mövqe.- 2010.- 13 iyul.- S. 13.