Milli Kitabxanada
oxucu problemi yoxdur
Əvvəlki illərə
nisbətən M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasına gələn
oxucuların sayında
artım müşahidə
olunur. Bu barədə
məlumatı Milli Kitabxananın elmi katibi Əminə Cəfərova söyləyib.
Kitabxanada çoxsaylı oxu
zallarının fəaliyyət
göstərdiyini vurğulayan
Ə.Cəfərova bildirib
ki, təmsil olunduğu qurumda oxucu problemi yoxdur və oxuculara hər bir şərait yaradılıb. Cari ilin
altı ayı ərzində kitabxanada 16
min 494 oxucunun qeydiyyatdan
keçdiyini diqqətə
çatdıran Ə.Cəfərova
bildirib ki, davamiyyət isə 102 410 olub. Milli Kitabxanada 4 525033 kitabın
oluduğunu qeyd edən Ə.Cəfərova
onların müəyyən
sayının elektronlaşdırıldığını
söyləyib və bildirib ki, kitabların
elektron versiyaya çevrilməsi üzərində
iş davam etdirilir. Ə.Cəfərova bildirib ki, cari ilin altı
ayı ərzində kitabxananın elektron versiyasından yararlanan
virtual oxucuların sayı
isə 128421 nəfər
olub.
Xatırladaq ki, ötən ilin sonuna kimi
Milli Kitabxanada qeydiyyatdan keçən oxucuların sayı 38666, davamiyyət isə 209522 olub.
Mövqe.- 2010.- 13 iyul.-
S. 3.