"Quzey Kıprız və Kıprız türkləri" kitabının təqdimat mərasimi keçirilib

 

İyulun 17-də Azərbaycanda Atatürk Mərkəzində "Quzey Kıprız və Kıprız türkləri" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatları, tanınmış qələm sahibləri, Şimali Kiprin Bakıdakı nümayəndəliyinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər. Kitabda Şimali Kipr türklərinin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatı haqqında oxuculara geniş məlumat verilib. Həmçinin bu adanın tarixi, coğrafi mövqeyi, təbii qaynaqları, turizm obyektləri haqqında məlumatlar da maraqlı və yığcam şəkildə oxucuya təqdim edilib. Kitabın məsləhətçisi Şimali Kipr türklərinin Bakıdakı təmsilçisi Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalıdır. "Elm və təhsil" nəşriyyatında yüksək tərtibatla çap edilmiş 164 səhifəlik kitabın müəllifi Milli Məclisin deputatı Qənirə Paşayevadır. Kitabın yazılması ada haqqında ətraflı və dolğun məlumat toplusu yaratmaqla yanaşı, türk gənclərinin birliyinə, sabaha inamına və xoşbəxt yaşamasına xidmət edən ideya, məqsəd və məramdan doğub.

 

 

Mövqe.- 2010.- 20 iyul.- S. 13.