İKT ordu quruculuğunda
da önəmli yer tutur
Cəmiyyətimiz informasiyalaşdıqca,
yeni biliklər və bu biliklərə
əsaslanan iqtisadiyyat
formalaşdıqca informasiya-kommunikasiya
texnologiyaları həyatın
ən müxtəlif sahələrinə daha çox sirayət edir. İnformasiya
cəmiyyətinin yaranmaqda
olduğu bir zamanda İKT-nin bütün sahələrdə
həlledici rolu daha qabarıq görsənməkdədir. İnkişaf etmiş ölkələrdə
dövlət büdcəsinin
təxminən 80-90 faizi
elm və texnologiya, innovasiyalar, biliklərin yaradılması və səmərəli tətbiq
əsasında formalaşır.
Məsələn, ABŞ, Yaponiya,
Cənubi Koreya, Çin və digər bu kimi
inkişaf etmiş ölkələri nümunə
göstərmək olar.
Dünyada cərəyan edən bu proseslərdən
kənarda qalmayan, dünya birinciləri sırasında olmağa
can atan ölkəmizdə
dövlət siyasəti
çərçivəsində mühüm addımlar atılır. Respublika Prezidenti tərəfindən
İKT sektorunun prioritet
sahə elan edilməsi, bu istiqamətdə bir sıra mühüm Dövlət Proqramlarının
qəbul edilməsi bir daha göstərir
ki, bu sahə
dövlətin diqqət
mərkəzindədir. Azərbaycanın intellektual resursları,
innovasiya texnologiyalarının
inkişafında elmin də rolu artmaqdadır.
Ölkəmizdə informasiya texnologiyalarının ordu
quruculuğunda da tətbiqi olduqca ürəkaçandır. Bu gün
dünyanın ən güclü orduları məhz yeni texnologiyaların yaradılması
və tətbiqi nəticəsində güclənmişlər.
Silahlı qüvvələrin əsas tərkib hissəsi olan müvafiq kadrların hazırlanmasında yeni informasiya texnologiyalarının
əvəzsiz rolu danılmazdır. Müasir hərbi
mübarizə üsullarını
mənimsəmiş yüksək
ixtisaslı, geniş intellektə malik zabit kadrlarının hazırlanmasında informasiya
sistemlərinin, eləcə
də yüksək effektivliyi ilə fərqlənən müxtəlif
elmi metodların tədris prosesində istifadə olunması zəruridir. Bir halda
ki, informasiya cəmiyyətinin bacarıqlı
və savadlı insanların hərtərəfli
inkişafına şərait
yaradır, onda bu işin daha
da sürətləndirilməsi
müsbət nəticələr
əldə etməyə
imkan verər. Müharibə şəraitində yaşayan ölkəmizin hərbi təhsil sistemində həyata keçirilən islahatların
önəmli olduğunu
bildirən mütəxəssislər
müasir dövrdə
döyüş strategiyasının
işlənməsində yüksək
biliyə əsaslanmağın
zəruriliyini qeyd edirlər. Bütün sahələrdə olduğu kimi Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında
olan döyüş texnikası sistemlərinin,
texnoloji vasitələrin,
eyni zamanda da kadrların biliyinin dünya standartlarına uyğunlaşdırılması
məsələsi günün
reallığıdır. Bu istiqamətdə Ali Hərbi
Dənizçilik Məktəbində
müvafiq işlər
görülmüş, Müdafiə
Nazirliyinin təhsil sistemində zabit kadrların hazırlanması
və təkmilləşdirilməsində
Hərbi Akademiyada, Hərbi Hava Qüvvələrinin təlim
mərkəzində pilotların
hazırlanmasında, Təlim
Tədris mərkəzində
müxtəlif ixtisasçıların
hazırlanması üçün
simulyasiya mərkəzləri
yaradılmışdır. Bundan əlavə Müdafiə Nazirliyinin tədris mərkəzlərində
vahid virtual modelləşdirmə
sistemi istiqamətində
iş gedir.
Hazırda daxili işlər
orqanlarının idarə
edilməsində, əməliyyat-axtarış
fəaliyyətində informasiya
texnologiyalarının geniş
tətbiqi böyük
əhəmiyyət kəsb
edir. İnformasiya
təhlükəsizliyi problemlərinin
aktuallaşdığı müasir
dövrdə informasiya
müharibəsi, kiberterrorçuluq,
kibercinayətkarlıq, kibercasusluq
və kritik infrastruktura yönəlmiş
təhdidlərin əsas
təzahürü kimi
xarakterizə edilir.
Mütəxəssislər tərəfindən hesab edilir ki,
daxili işlər orqanlarının informasiya
fəzalarının formalaşması
və inkişafı prosesində informasiyanın
mühafizəsi məsələlərinin
sistemli şəkildə
nəzərə alınması,
beynəlxalq təcrübəyə
və standartlara müvafiq olaraq vahid informasiya təhlükəsizliyi siyasəti
çərçivəsində idarə edilməsi zəruridir. Daxili işlər
orqanları arasında
etibarlı və dəqiq məlumat mübadiləsi zamanı informasiyanın autentikliyinin
təmin edilməsində
rəqəmsal imza texnologiyasının imkanlarından
istifadə edilməsi
də məqsədə
uyğun hesab edilir. Biometrik texnologiyaların tarixən
daxili işlər orqanlarının əməliyyat-axtarış
fəaliyyətində tətbiq
edildiyini nəzərə
alsaq, müxtəlif biometrik texnologiyaların bu sahədə tətbiqi perspektivli ola bilər.
Ölkə prezidentinin
2007-ci il 13 fevral tarixli sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
biometrik eyniləşdirmə
sisteminin yaradılması
üzrə 2007-2012-ci illər
üçün Dövlət
Proqramı"nda ölkəmizin
milli təhlükəsizlik
sisteminin təkmilləşdirilməsi,
beynəlxalq terrorizmin,
mütəşəkkil cinayətkarlığın,
silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni
miqrasiyanın qarşısının
alınması üçün
vahid biometrik eyniləşdirmə sisteminin
yaradılması vəzifəsini
qarşıya qoyur. XXI əsrdə reallaşan
qloballaşma prosesi təkcə iqtisadi, siyasi və digər sahələrdə
deyil, eyni zamanda təhlükəsizlik
və hərbi sahədə də baş verir.
Hazırda dünyada qlobal
təhlükəsizlik sistemi
formalaşır və
bu sistemin ayrı-ayrı komponentləri
olan enerji, informasiya, ekologiya və radiasiya təhlükəsizliyini təmin
edən bütün istiqamətlərdə inteqrasiya
prosesləri müşahidə
olunur. Milli Təhlükəsizlik
Konsepsiyasının əsas
məqsədinin Azərbaycanın
milli təhlükəsizliyinin
təmin edilməsi, eyni zamanda ölkəmizin
AvroAtlantik məkana inteqrasiyasını reallaşdırmaqdan
ibarət olduğunu söyləyən ekspertlər
bu prosesin elmdə, təhsildə, siyasi və hərbi sahədə aparılan islahatlarla həmçinin, hərbi kadrların Avropa, NATO standartlarına uyğunlaşdırılması
ilə həyata keçdiyini bildirir. Konkret olaraq hərbi sahədə kadrlarımızın
NATO standartlarına uyğunlaşması,
Avro Atlantik məkanda olan biliklərin əldə olunması, Azərbaycan Silahlı Qüvvələrinin döyüş
texnikası vasitələrinin
ümumi səviyyəyə
gətirilməsidir. Mütəxəssislər hesab edir ki,
bu gün alimlərimiz və hərbiçilərimiz qarşısında
mühüm vəzifələr
durur. Hələ 1993-cü ildə ulu öndər Heydər Əliyevin hərbi quruculuq sahəsində gördüyü
işlər Azərbaycan
elminə də öz təsirini göstərmiş, informatika
elminin bir istiqaməti kimi hərbi informatikanın təməli qoyulmuşdur.
Akademik Əli Abbasovun rəhbərliyi ilə
AMEA İnformasiya Texnologiyaları
İnstitutunda hazırlanan
qırıcı təyyarələrdə
olan qara qutulardakı uçuş
informasiyasının operativ
emalı sistemi hazırda Azərbaycan hərbi hava qüvvələrində müvəffəqiyyətlə
istifadə olunur.
Bundan başqa, AMEA İTİ-də
hazırlanan Radiolokasiya
stansiyalarının vahid
şəbəkə mühitində
hava məkanında olan hədəflərin aşkarlanması, tanınması
və uçuşu xarakterizə edən parametrləri mərkəzi
komanda məntəqəsinə
ötürmək, real zamanda
hava məkanında olan vəziyyəti qiymətləndirməyə imkan
verən işlər görülür. Bu gün Azərbaycanda hərbi informatika elminin inkişafında ölkəmizdə fəaliyyət
göstərən müxtəlif
elmi-tədqiqat qurumlarında
çalışan alim
və mütəxəssislərimiz
öz bilik və bacarıqlarını
əsirgəmir. Hazırda ölkənin
tədris müəssisələrində
hərbi informatika elmi digər sahələrdən fərqlənir.
Belə ki, buraya əsasən
informasiya təhlükəsizliyi,
kriptoqrafiya, coğrafi
informasiya sistemlərinin
tətbiqi və elektron xəritələrin
işlənməsi, hərbi
gəmilərin real vəziyyətlərinin
qiymətləndirilməsi bu
və ya digər operativ qərarların qəbul edilməsi texnologiyaları
daxildir.
Azərbaycanın həm coğrafi, həm də virtual məkanda milli təhlükəsizliyinin
qorunması müasir dövrün reallıqlarındandır. Sözsüz ki, İKT-nin
dövlət siyasətində
prioritet elen edildiyi bir ölkədə
güclü ordu quruculuğu, təhlükəsiz
həyatın təmin
edilməsi naminə informatika sahəsində çalışan alimlərimiz
daha böyük nailiyyətlər əldə
edəcəklər.
Cəmaləddin Dostəli
Mövqe.- 2010.- 3 noyabr.- S. 10.