İnformasiya texnologiyalarının tətbiqi dövlət
idarəçiliyində mühüm yer tutur
Müasir
dövrdə informasiya texnologiyaları hər
bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən,
intellektual potensialından xəbər verən
sosial, iqtisadi və mədəni
yüksəlişini təmin edən mühüm
göstəricilərdən birinə çevrilib. Bunun nəticəsi kimi,
hazırda informasiya və bilik
bazarının formalaşmasına və inkişaf
etdirilməsinə, informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına böyük önəm verilir.
Bu istiqamətdə dünya
təcrübəsinin öyrənilməsi, müasir
təhsilin modernləşdirilməsi sahəsində yeni mütərəqqi texnologiyaların tətbiqi
olduqca zəruridir.
Heç təsadüfi deyil ki, ölkəmizdə də
sənayenin,
kənd təsərrüfatının inkişafı, peşəkar milli ordunun yaranması, səhiyyə, elm,
təhsil,
mədəniyyət,
incəsənət sahələrinin tərəqqisi,
hüquqi dövlət
quruculuğunun daha da möhkəmləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət
yetirilir. Ölkəmizdə bu sahənin maddi-texniki təminatının müasir tələblərə uyğunlaşdırılması
istiqamətində daim yenilikçi tədbirlər
həyata keçirilir.
Xüsusi olaraq qeyd etmək
lazımdır
ki, Azərbaycanda informasiya texnologiyaları və
rabitə vasitələrinin inkişafı məqsədlərinə
uyğun lazımi
hüquqi-normativ bazanın
və maddi-texniki təminatın əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulub. Ümummilli lider
tərəfindən 17 fevral 2003-cü ildə
imzalanmış "Azərbaycan Respublikasının
inkişafı naminə İKT üzrə milli
strategiya (2003-2012-ci illər)"nın
yaxın 10 il ərzində görüləcək
işlərin ümumi xəttini müəyyənləşdirməklə
Azərbaycanda informasiya cəmiyyətinə
keçidin əsasını qoyub. Milli
strategiyanın qəbulundan keçən müddət ərzində
Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə bir
sıra kompleks tədbirlər həyata keçirilib.
Həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki,
respublikamız regionda İKT
sahəsində lider dövlət kimi öz mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Bu ilin əvvəllərində
Dünya İqtisadi Forumu tərəfindən açıqlanan
2009-2010-cu illər üçün "Qlobal informasiya texnologiyaları"
adlı illik hesabatda da Azərbaycanın regionda
İKT sahəsində lider dövlət olduğu bir daha öz təsdiqini
tapıb. Mütəxəssislər hesab edir ki, bu
birinciliyin qorunması üçün
ixtisaslı kadr potensialının təkmilləşdirilməsi,
fəaliyyət sahəsinin genişləndirilməsi, İKT infrastrukturunun bundan sonra da hazırkı templə
inkişaf etdirilməsi zəruridir.
Sözsüz
ki, dinamik inkişaf tempini qoruyub saxlamaq üçün ixtisaslı kadr potensialının genişləndirilməsi vacibdir. Elə bunu nəzərə alan inkişaf etmiş cəmiyyətlərdə
virtual təhsil sisteminin
təkmilləşdirilməsinə böyük
önəm verilir. Ölkəmizdə də
bu prosesin bərqərar
olması, hər bir universitetin
xüsusi təhsil portalının
olması günün tələbi kimi dəyərləndirilir.
Bu sahənin biliciləri informasiya cəmiyyətinin bərqərar olduğu,
insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyalarının çox böyük
sürətlə
inkişaf edərək həyatın
bütün sahələrinə sürətlə sirayət
etdiyini bildirirlər. Onlar
inkişaf etmiş ölkələrdə təhsilin modernləşdirildiyini, biliyə əsaslanan iqtisadiyyatın formalaşdığını bildirir,
insanların, xüsusən
də gənc nəslin formalaşmasında təhsilin əhəmiyyətli rolu olduğunu qeyd edirlər.
Mütəxəssislər
qlobal dünyada cəmiyyətin
informasiyalaşdırılması prosesinin getdiyini, Azərbaycanın
da dünyada cərəyan edən bu proseslərdən kənarda qalmadığını və ölkəmizdə dövlət siyasəti çərçivəsində mühüm
addımlar atıldığını
deyirlər. Dövlətimizin
başçısı İlham Əliyev
tərəfindən uğurla həyata
keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində
ölkəmizin milli tərəqqiyə nail olduğunu, dünya arenasında layiqli
yer tutduğunu və
ölkənin intellektual
resurslarının artdığını da
diqqətdən qaçıra bilmərik. Respublika prezidenti tərəfindən İKT sektorunun prioritet sahə elan edilməsi və bu
istiqamətdə bir sıra mühüm Dövlət Proqramlarının qəbul
edilməsi bir daha
göstərir ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşması prosesi uğurla inkişaf edir, desək,yəqin
ki, yanılmarıq. Qeyd
etməliyik ki, ölkə prezidenti
tərəfindən təsdiq olunmuş
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə Elektron Azərbaycan"
Dövlət Proqramı informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqinə
imkan yaradan
konsepsiyadır.
Elektron
hökumət üçün ən mühüm texnologiyalardan
olan e-imza və e-sənədin
xüsusiyyətləri və üstünlükləri
haqqında danışarkən deməliyik ki,
həm məmurlar, həm də vətəndaşlar bu texnologiyalara yaxından
bələd olmalı, informasiyanın mühafizəsi və təhlükəsizliyi
məsələlərini də mənimsəməlidirlər.
E-hökumət quruculuğu sahəsində
ölkəmizdə bir sıra tədbirlər
həyata keçirilmişdir. Dövlət və hökumət orqanlarını
kompyuterlərlə təchiz olunmuş, həmçinin
kommunikasiya-şəbəkə infrastrukturu
nəzərəçarpacaq dərəcədə inkişaf etdirilmiş,
dövlət orqanlarının veb-saytları
yaradılmışı, e-hökumətin normativ-hüquqi
bazası formalaşdırılmış, təhsil sisteminin müxtəlif pillələrində
informatika fənninin tədris olunması təmin
edilmiş, vətəndaşlar
haqqında fərdi və biometrik məlumatların
"Əhalinin reyestri" sistemində
saxlanılması, vətəndaşlara biometrik
pasportların verilməsi ilə bağlı işlər görülmüşüdür.
E-hökumətin qurulmasında əsas məqsəd
hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın, informasiya azadlığının təmin olunması, hakimiyyət
orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, demokratiyanın
inkişafı və
insan hüquqlarının təmin olunması, vətəndaşların
fiziki imkanlarından asılı olmayaraq dövlətin idarə olunmasında yaxından iştirakı, on-line mühitdə
dövlət xidmətlərinin göstərilməsidir.
Mövcud hakimiyyətin demokratik dövlət modelinə əsasən yenidən
qurulduğunu, bu istiqamətdə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, müvafiq təşkilatlar tərəfindən məqsədyönlü işlərin həyata keçirildiyini vurğulayaraq, qeyd etməliyik ki, demokratik prinsipləri, bazar iqtisadiyyatını
qəbul etmiş, vətəndaş cəmiyyəti və
hüquqi dövlət
yolu seçmiş ölkələr üçün
universal xüsusiyyətlərə
malik konseptual model mövcuddur. E-icra hakimiyyəti, e-qanunvericilik
hakimiyyəti, e-məhkəmə hakimiyyəti, e-bələdiyyə
və s. e-hökumətin konseptual
modelini təşkil edir.
Yeni dövlət idarəçiliyində
əqli cəhət istisna olmaqla,
məhdud imkanlı şəxslər də dövlət
hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarında fəaliyyət
göstərmək imkanlarına malik olacaqlar.
Sirr deyil ki, müasir dövrdə
informasiya-kommunikasiya texnologiyaları dövlətin demokratik təsisatlarının reallaşdırılmasında böyük
rol oynayır. Elə buna görə də, dövlət idarəetmə
aparatının dinamik inkişafına
yardım edən yeni idarəetmə
formaları yaranır, e-demokratiya,
e-hökumət, e-vətəndaş, e-pasport,
e-sənəd dövriyyəsi kimi yeni terminlər meydana gəlir.
Ekspertlər hesab edir ki, yeni
inkişaf və idarəetmə modelləri
kontekstində e-idarəçilik vətəndaşlar üçün geniş spektrli xidmətlərin həyata keçirilməsini,
hökumət xidmətlərinin inkişaf
etdirilməsi və yeni e-imkanlı xidmətin
yaradılmasını təmin edəcək.
Cəmaləddin
Dostəli
Mövqe.-
2010.- 9 noyabr.-
S. 11.