12 noyabr Konstitusiya günüdür Heydər Əliyev və Azərbaycan
Konstitusiyasında insan hüquqları
Birinci yazı
"İnsan
hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması
ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan
hüquqları ciddi elmi
araşdırmaların predmetinə, daxili
siyasətlə bağlı qızğın müzakirə və
mübahisələrin mövzusuna, əksər
ölkələrin Konstitusiyasının ana
xəttinə, sülh və əməkdaşlıq
haqqında beynəlxalq sazişlərin başlıca məğzinə
çevrilmişdir". Yeni
Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyir ki, dünyanın əksər
ölkələrində insan haqları
insanın mövcudluğunun və milli inkişafın ən vacib
şərti kimi qəbul olunur.
Bununla yanaşı, insan
hüquqları ideyasının həyata keçirilməsi hələ
də bir çox
anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili
və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.
Bütün digər
sahələrdə olduğu kimi, Azərbaycanda da insan
hüquqları sahəsində islahatların aparılması,
zəruri hüquqi bazanın və institusional əsasların
formalaşması məhz ümummilli liderimiz Heydər Əliyevin
1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra baş vermişdir. Olduqca
qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir
məntiqi, silinməz dəsti xətti, zəngin həya təcrübəsi
və işıqlı zəkasının ən böyük əsəri
olan, dünyn standarlarının tələblərinə tam
dolğunluğu ilə cavab verən konstitusiya layihəsi
hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu.
Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi-
referendum yolu ilə qəbul olundu.
Konstitusiyanın qəbul
ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin
qurulmasında yeri bir mərhələnin
başlanğıcını qoydu, respublikada dövlət
quruculuğu sahəsində yeni imkanlar açdı. Bu
mühüm sənədin ən üstün və fərqli cəhətlərindən
biri onun müddəalarında insanlara dövlət və cəmiyyət
tərəfindən verilmiş və verilməli olan, habelə,
cəmiyyət üzvləri tərəfindən etibar edilən
və etibar edilməsi mümkün sayılan bütün
hüquqların, azadlıqların və vəzifələrin
bütöv və vəhdət halında öz əksini
taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən
üstün və fərqli cəhətlərindən digəri
budur ki, orada ictimai quruluş haqqında konkret müddəa
yoxdur, iqtisadi münasibətlərin forma və
inkişafını məhdudlaşdıran heç bir sədd
müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə
insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə
tam təminat verir.
Bu sənədin əsas
dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca
xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət
quruluşunun təsisatını, hüquqi əsaslarını
göstərir. Azərbaycanda dövləti idarəetmənin
prinsiplərini, dövlət və xalq arasında münasibətləri
əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin
qurulması üçün bütün hüquqi əsasları
yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini,
ərazi bütövlüyünü, Azərbaycan
xalqının, vətəndaşlarının hər birinin
hüquqlarının toxunulmazlığını,
respublikamızın bölünməzliyini, hakimiyyətin
heç bir qüvvə tərəfindən mənimsənilə
bilməzliyini təmin edir.
Azərbaycan
Respublikası Konstitusiyasının təxminən
üçdə biri (24-71-ci maddələr) məhz birbaşa
insan hüquq və azadlıqlarının təsbitinə və
qorunmasına həsr olunmuşdur. "Əsas insan və vətəndaş
hüquqları və azadlıqları" adlanan III fəsil
məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub
olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və
azadlıqların hər biri ətraflı şərh edilir,
onların reallaşdırılmasına təminat verilir,
müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız
hüquqları və azadlıqları pozulan insanları
süründürməçilikdən,
ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin
7-ci bəndində, hüquqi dövlətin təbiətinə
uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
pozulması ilə əlaqədar mübahisələri məhkəmələr
həll edir. Bu o deməkdir ki, məhkəmədən
başqa heç bir orqan həmin hüquqların pozulması
ilə əlaqədar mübahisəni həll edə bilməz.
II Dünya
müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər
ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə
dövlətlər arasında sülh və bütün
dünyada insan hüquqlarını təmin edə biləcək
daimi beynəlxalq təşkilatı - Birləşmiş Millətlər
Təşkilatını yaratmaq qərarına gəldilər.
BMT-yə daxil olan ölkələr 10 dekabr 1948-ci ildə
Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul
etdi (o vaxtdan 10 dekabr dünyada insan hüquqları günü
kimi qeyd olunur). İnsan hüquqlarını dövlət mənafeyindən
üstün tutan bu bəyannamə dünya dövlətlərini
insan hüquqlarına görə cavabdehlik daşımağa
çağırdı. Bəyannamədə ədalətli məhkəmə
təhqiqatı hüququ, dövlət təqiblərindən
gizlənmək, ölkəni tərk etmək, ölkəyə
qayıtmaq, ailə qurmaq hüquqları, vicdan, söz,
yığıncaq və şəxsi həyat
azadlıqları; bərabər zəhmətə görə
bərabər ödəniş hüququ, layiqli
yaşayış səviyyəsi hüququ, cəmiyyətin mədəni
həyatında iştirak etmək hüququ öz əksini
tapmışdır.
BMT-yə daxil olan
ölkələrin növbəti addımı bəyannamənin
müddəalarının beynəlxalq sazişin müddəalarına
çevrilməsindən ibarət olmuşdur. Beynəlxalq
sazişlərin qəbul olunması sahəsindəki təşəbbüslər
ancaq 18 il sonra "Mülki və siyasi hüquqlar haqqında
Pakt"ın və "İqtisadi, sosial və mədəni
hüquqlar haqqında Pakt"ın imzalanması ilə nəticələndi.
Bu paktları imzalayan ölkələrin sayı bu gün
artıq 100-ü keçmişdir. Bir çox ölkələr
hələ də bəyannamənin ayrı-ayrı maddələrini
pozmaqda davam etsə də, açıq şəkildə ona
qarşı çıxmağa heç kəs cəsarət
göstərmir.
Bəyannamədə
yazılmış olan və Azərbaycan Konstitusiyasında əksini
tapan insan hüquqlarını təxminən bir neçə
qrupa bölmək olar:
- Fərdi
hüquqlar, Prosessual, hüquqlar, Vətəndaş
azadlıqları, Siyasi hüquqlar, Yaşamaq (ömür
sürmək) hüququ, İqtisadi hüquqlar,Sosial hüquqlar
və Mədəni hüquqlar.
1966-cı ildə
BMT Qərb ölkələrinin təşəbbüsü ilə
insanların "İqtisadi, sosial və mədəni
hüquqlar haqqında" və "Mülki və siyasi
hüquqlar haqqında" Ümumdünya Bəyannaməsinin
müddəalarını inkişaf etdirən paktları qəbul
edir. Bu paktların artıq beynəlxalq müqavilə statusu
var idi. İnsanların "Mülki və siyasi hüquqlar
haqqında Pakt"da, bu sənədi imzalamış ölkələrdə
insan hüquqları üzərində beynəlxalq nəzarət
mexanizmi müəyyən edilmişdi. Bu paktlardan sonra BMT
qadınların, uşaqların, dini azlıqların və b.
hüquqlarının tapdalanması hallarının
kökünün kəsilməsinə yönəldilmiş
külli miqdarda paktlar və konvensiyalar qəbul edir. Bütün bu sənədləri Azərbaycan da imzalamışdır.
Dövlətə
(adətən, bizim hüquqlarımızı pozan dövlət
məmurlarına) etiraz etmək haqqı insan hüquqları
ideyasının əsas müddəalarından biridir. İnsan
hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir.
Ona görə də insan hüququ anlayışı
altında azlığın hüquqları yox, bu
azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə
tutulur. İnsan hüquqları iki əsas qrupa ayrılır:
maddi hüquqlar və prosessual hüquqlar. Maddi hüquqlar
insana məxsus olan bir çox hüquq və
azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan
azadlığı və seçki azadlığı daxildir.
Prosessual hüquqlar insana məxsus hərəkət
üsullarını və onlarla bağlı olan məhkəmə,
prokurorluq institutlarını əhatə edir ki, həmin
institutların köməyi ilə insan ədalətin bərpasına
nail olur, cinayət törətməkdə ittiham olunarkən
hakimiyyət qarşısında öz hüquqlarını
müdafiə edir. Maddi hüquqlara hüquq və azadlıqlar
daxildir. Vətəndaş hüquqları dövlətin hər
bir insan qarşısında eyni dərəcədə
daşıdığı vəzifələrdir.
Vətəndaş
azadlıqları şəxsi həyatımızla (məsələn,
fikir azadlığı, vicdan azadlığı ilə,
yığıncaq keçirmək, yer dəyişmək və
ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət
qarşısında qoyulmuş qadağalardır. İnsan hüquqları
hökumətin mənafeyi, ənənəvi əxlaq
anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə
tez-tez toqquşur, amma hər dəfə insan hüquqları
ilə digər dəyərlər arasında toqquşmalar
baş verəndə üstünlük insan hüquqlarına
verilir. Məhz buna görə deyirlər ki, insan
hüquqları digər dəyərlərdən daha
üstün və əsasdır. Digər dəyərlərlə
müqayisədə insan hüquqlarının bəziləri
daha vacib və üstün sayılsa da, onlar hər halda
mütləq hüquqlar hesab edilmir.
Azərbaycan
Respublikası öz dövlətdaxili hüquq
normalarını beynəlxalq hüquq normalarına hörmət
prinsipi üzərində qurmuşdur. Hələ 18 oktyabr
1991-ci il tarixli "Dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktının 19-cu maddəsində
Azərbaycan Respublikası Ümumdünya İnsan
Hüquqları Bəyannaməsini tanıdığını
bəyan etdi. Bu sonradan 12 noyabr 1995-ci il tarixli ümumxalq səsverməsi
(referendumu) yolu ilə qəbul edilmiş, 24 avqust 2002-ci il və
18 mart 2009-cu il tarixlərində ümumxalq səsvermələri
(referendumu) yolu ilə bir sıra dəyişiliklər
edilmiş Azərbaycan Respublikası Konstitusiyasında daha da
inkişaf etdirilmişdir. Bununla da, Azərbaycan
Respublikasında dövlət tərəfindən öz üzərinə
götürülmüş beynəlxalq öhdəliklərin
milli hüquqi implementasiyası üçün adekvat
konstitusiyon əsas yaradılmışdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 151-ci maddəsində
birbaşa göstərilir ki, Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
(Azərbaycan Respublikası Konstitusiyası ilə və
referendumda qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr arasında
ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr
tətbiq edilir. Lakin qeyd etmək lazımdır ki, bu zaman məsələ
beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan
Respublikasının normativ hüquqi aktları arasında
mümkün ziddiyyətləri həll etmək rolunu
oynayır.
Hazırda müstəqil
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
altında bütün sahələrdə uğurla inkişaf
edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin
regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə
nail olur. Bütün bu nailiyyətlərin təməlində
isə gələcəyə yönələn hüquqi
"çərçivə" və ya "layihə"
potensialı yüksək olan 1995-ci ilin "Heydər Əliyev
Konstitusiyası" dayanır və hələ uzun illər
boyu uğurla dayanacaqdır.
A.Mənsumə
Mövqe.- 2010.-9 noyabr.- S.4.