Beynəlxalq elmi-praktik teatr konfransı
işə başlayıb
Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər
və alternativlər"
mövzusunda beynəlxalq
elmi-praktik teatr konfransı işə başlayıb. Tədbirdə çıxış edən Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, dünyanın böyük teatr sənətçilərinin bir
araya gələrək
XXI əsrin teatr proseslərini araşdırması
çox əhəmiyyətlidir.
"Belə mühüm
bir tədbirin Azərbaycanda keçirilməsi
bizdə qürur doğurur. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan teatrı
2009-2019-cu illərdə Dövlət
Proqramı" çərçivəsində
Bakıda ilk dəfə
keçirilən bu konfransa dünyanın 30 ölkəsindən 70-dək qonaq
qatılıb".
Azərbaycan teatr sənətinin
çox qədim və zəngin tarixi olduğunu diqqətə çatdıran
nazir bildirib ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə
cərəyan edən
ictimai-siyasi hadisələr
maarifçilik hərəkatının
inkişafına güclü
təkan verib. Həmin dövr Azərbaycan
teatrı üçün
də əlamətdar
olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundov tərəfindən
ədəbiyyatımıza dram janrının gətirilməsi
xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində
həlledici rol oynayıb. Böyük
maarifçi Həsən
bəy Zərdabi və görkəmli yazıçı Nəcəf
bəy Vəzirovun təşəbbüsü ilə
1873-cü ildə Bakıda
M.F.Axundovun "Lənkəran
xanının vəziri"
və "Hacı Qara" komediyalarının
tamaşaları ilə
Azərbaycanda, eləcə
də bütün müsəlman Şərqində
dünyəvi, peşəkar
teatrın təməli
qoyulub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin teatr sənətinə böyük
diqqət və qayğısından danışan
Ə.Qarayev xüsusi vurğulayıb ki, bu siyasət prezident İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir. Son illər Azərbaycanda
teatr sənətinin inkişafı ilə bağlı bir sıra mükəmməl
qərarlar qəbul edilib. Hazırda Azərbaycanda 27 dövlət
teatrı fəaliyyət
göstərir. Son 5 ildə bu teatrlarda
433 yeni tamaşa hazırlanıb. Onlardan
68-i Nazirliyin sifarişi ilə səhnələşdirilib.
Nazirötən illərdə respublika teatrlarının
dünyanın 20-dən çox ölkəsində Azərbaycanı
ləyaqətlə təmsil etməsindən, xarici dövlətlərin
tanınmış sənətkarlarının tamaşa
hazırlamaq üçün teatrlarımıza dəvət
olunmasından, noyabrın 12-dən 30-dək Bakıda
keçiriləcək A.P.Çexov adına Beynəlxalq teatr
festivalının "İpək yolu" adlı mərhələsindən
geniş söz açıb.
Qeyd edək ki, Beynəlxalq
teatr konfransında müasir dövrün teatr problemləri və
onların həlli yolları müzakirə ediləcək. Tədbirdə
Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, YUNESKO-nun
nəzdində Beynəlxalq Teatr İnstitutunun ingiltərə
Nümayəndəliyinin rəhbəri Nevil Şulman,
Çinin Teatr Elmi Tədqiqatlar institutunun rəhbəri,
"Teatr jurnalının baş redaktoru Lin Şen,
Kanadanın Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının baş katibi Mişel Vais, ABŞ-ın
"Azərbaycan interneşnl" jurnalının baş
redaktoru xanım Betti Bleyer, Rusiyanın "5 axşam" Beynəlxalq
teatr festivalının bədii rəhbəri Marina Dmitrevskaya,
Səudiyyə Ərəbistanı Krallığının
Beynəlxalq Teatr Institutunun ərəb ölkələri
üzrə əlaqələndiricisi İbrahim Assiri və
ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun nümayəndəsi
Peter Qoldfard çıxış edərək konfransın əhəmiyyətindən
danışıb və onun işinə uğurlar
arzulayıblar. Konfrans bölmə iclası ilə davam
etdirilib. İclasda Böyük Britaniya,
Qırğızıstan, Azərbaycan, Ukrayna, Gürcüstan
və digər ölkələri təmsil edən
tanınmış teatrşünaslar müxtəlif
mövzularda çıxış ediblər. Konfransa noyabrın 12-də yekun vurulacaq.
Mövqe.- 2010.- 11 noyabr.- S.13.