Abidələr
şəhəri – Ordubad
Özünün orta əsr
milli memarlıq və şəhərsalma
quruluşunu qoruyub saxladığına görə
Ordubad şəhəri
İçərişəhər, Şuşa və
Şəki şəhərləri
ilə birlikdə dövlət tərəfindən
hələ 1977-ci ildən
qoruq elan olunub. Ordubad dünyanın ən
qədim insan məskənlərindən biridir.
Ordubad Tarix-Memarlıq qoruğu
rayon mədəniyyət şöbəsinin
nəzdində 1979-cu ildən
fəaliyyət göstərməyə
başlayıb. Ümumiyyətlə, Ordubad rayonu üzrə 600-dən artıq
irili-xırdalı tarix-
mədəniyyət abidəsi
mövcuddur.
19-cu əsrin 30-40-cı
illərindəki məlumata
görə, Ordubad şəhəri 5 hissəyə
bölünmüşdür: Ambaras, Kürdətal, Mingis, Sərşəhər
və Üçtürləngə.
Bütün küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə
2-3, bəzən isə
4 kiçik meydan yetləşir. Bu meydanlar ensiz, qəribə, əyri-üyrü,
3-4 küçənin qovuşuğunda
yerləşib. Hər belə
meydan özündə bir sıra xidmətedici elementləri birləşdirir. Bura kiçik
məscid (məhəllə
məscidi), çeşmə
və meydanı öz çətiri ilə örtən çinarlar aiddir. İndiyə
qədər də məhəllə meydanları
öz əhəmiyyətini
saxlayır. Həmin meydanlarda
yerləşən məhəllə
məscidlərinin minarəsi
olmur. Minarəni məscidin damında
yerləşən səki
əvəz edir.
Oraya kiçik pilləkənlə
qalxmaq olur. Ordubad məscidlərinin yerini uzaqdan onların qarşısında ucalan çinarlarla təyin etmək olar. Şəhərin baş magistralını
qədim küçə
təşkil edir.
Bu küçə indi də əsas
küçə kimi öz əhəmiyyətini
saxlayaraq şəhərin
mərkəzini dəmiryol
vağzalı ilə birləşdirir.
Şəhərin ümumi panoramasını yaratmış
yaşayış binaları
şəhəri Azərbaycanın
başqa şəhərlərindən
xeyli fərqləndirir. Məhəllələr ikimərtəbəli şəhər evləri və səkkizbucaqlı daxili həyətə malik kiçik memarlıq elementləri ilə zəngin olan binalardan təşkil olunub. Şəhə-rin əsas sənaye
memarlığı ünsürü
onun yeraltı kəhriz sistemi ilə əhatələnməsidir.
17-ci əsrdə 70 bulaq şəhəri su ilə təchiz
etmişdir. Bu kəhriz sistemi bir-biri ilə əlaqəli şəkildə
şəhəri büsbütün
əhatə edir.
Kəhrizlərin əksəriyyətinin uçulub tökülməsi,
onların bəzilərinin
gözlərinin tutulmasına,
ovdanlann dağılmasına
səbəb olmuşdur.
Bacanqlı kankanların köməyi
ilə bir neçə çeşmə,
ovdan təmizlənib bərpa olunmuşdur.
"Dilbər", "Mədrəsə",
"Şayi" bulaqları
buna misal ola bilər.
Bütün abidələrə
qoruma-unvan lövhələri
vurulub. Bir çox tarixi abidələrdə, o cümlədən
"Əngəş", "Qırxpillə", "Meyrəmçə"
və "Yetim" məhəllə məscidlərində
təmir-bərpa işləri
aparılıb. 2005-ci ildə
"Yuxarı Ambaras"
və "Sultan Murad"
məscidi yerli sakinlərin dəstəyi
ilə əsaslı təmir olundu, Dədə Qorqud küçəsində yerləşən
"Yetim" məscidində
şəhər camaatının
köməkliyi sayəsində
əsaslı təmir-bərpa
işləri aparılıb.
80-ci illərdə Ordubad tarix və mədəniyyət
abidələrinin bərpa
emalatxanası fəaliyyət
göstərmişdir. 1990-cı ilə
qədər onlar bir çox abidələrin bərpası
ilə məşğul
olmuşdular. 17-ci əsrin
tarix-memarlıq kompleksi
olan "Zorxana"nı,
18-ci əsr tarixi abidəsi "Sərşəhər"
məscidini, 16-cı əsrin
yadigarı "Yuxarı
Ambaras" məscidini,
14-cü əsrdə "Buzxana"nı,
16-cı əsrdə inşa
edilmiş "Came" məscidini,
18-ci əsrdə ucaldılmış
"Malik İbrahim"
və "Dilbər"
məscidlərini, 1826-cı ildə Aza çayı
üzərində tikilmiş
körpünü, Yuxarı
Əylis kəndindəki
17-ci əsrin nişanəsi
olan Şah Abbas məscidini tamamilə bərpa edib həyata qaytarmışlar. Burada bir
xeyirxah işi də qeyd etmək
yerinə düşərdi.
9-cu əsr tarix-memarlıq abidəsi Mingis məscidi el ağsaqqalı Hüseyn Əli-qulu oğlu Qənbərovun adına
hörmət və ehtiram əlaməti olaraq övladları tərəfindən 2001-ci ildə
yenidən tikilib bərpa edilmişdir. Tariximizin ulu yadigarlarını göz bəbəyi kimi qorumaq, yurd
yerimizi gələcək
nəsillərə olduğu
kimi əmanət etmək hər birimizin borcudur.
A.Mənsumə
Mövqe.- 2010.-14 oktyabr.- S. 4.