Elektron kitabxanalar informasiya cəmiyyətinin yaranmasına xidmət edir

 

Elektron kitabxanalarda elektron kataloqların yaradılmasında bibliometriya, bibliomininq s. bu kimi elmi problemlərin həlli, elektron kitabxana resurslarının menecmentinin təşkili, elektron kitabxanaların xidmətlərindən istifadə üçün elektron kreditlərin (tələbələrə, aspirantlara s.) verilməsi, qarşılıqlı elektron kitab mübadiləsinin aparılması məsələlərinin təşkilinin önəmli olduğunu qeyd etmək lazımdır.

Artıq elektron informasiya texnologiyaları əsridir. Belə şəraitdə həyatımızın bütün sahələrini informasiya texnologiyaları vasitəsilə idarə etməyə uyğunlaşırıq. İnternet şəbəkəsindən başlamış rəqəmsal televiziya yayımına qədər hər cür elektron vasitələr həyat məişətimizi əhatə edir. Belə vasitələrdən biri genişlənməkdə olan elektron kitabxanalar şəbəkəsidir. Əldə olan məlumatlara görə, hazırda geniş kitabxana şəbəkəsinə malik olan Azərbaycanda 12 mindən artıq müxtəlif tipli kitabxana mövcuddur. Ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən texnologiya proqram təminatları ilə təmin olunması istiqamətində kompleks tədbirlər görülməkdədir. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət qayğının nəticəsi olaraq respublikanın bütün bölgələrini əhatə edən geniş  kitabxaıalar şəbəkəsi qurulmuş mərkəzləşdirilmişdir.

İnformasiya texnologiyaları sahəsində çalışan alimlərimiz mütəxəssislər elektron kitabxanaların yaradılması məsələsini, mövcud vəziyyəti inkişaf perspektivlərini daim diqqət mərkəzində saxlayır, bu mövzuya həsr olunmuş elmi seminarlar təşkil olunur, elektron kitabxanaların yaradılmasının nəzəri əsasları, fəaliyyət prinsipləri inkişaf perspektivləri, informasiya texlologiyalarının tətbiqi ilə müasir kitabxana-informasiya xidmətlərinin imkanlarının  genişləndirilməsi məsələlərinin, həmçinin bu sahədə mövcud olan problemlərin həlli yollarını araşdırırlar.

Müasir informasiya texnologiyalarının dinamik inkişaf etdiyi informasiya cəmiyyəti dövründə elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi baxımından qarşıya qoyulan ən ümdə vəzifələrdən biri ölkənin iri kitabxanalarının elektron kataloqunun müasir standartlar səviyyəsinə çatdırılması, kitabxanaların dünya informasiya məkanına daxil olmasının təmin edilməsidir Ölkə prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli sərəncam "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə Dövlət Proqramı" bu vəzifələrin həyata keçirilməsi məqsədilə atılmış çox mühüm addımlardan biridir.

Ölkədə fəaliyyət göstərən kitabxanaların müasir tələblərə cavab verməsi istiqamətində aparılan işlərdən söhbət açarkən, bu sahədə mühüm tətbiqi, elmi-nəzəri araşdırmaların aparılmasının labüdlüyünü qeyd etməmək olmaz. Kitabxananın informasiya resurslarına sürətli keyfiyyətli əlyetərliyi təmin edən elektron kataloqdur. Məhz ona görə kitabxanaların avtomatlaşdırılmasında elektron kataloqların yaradılması mühüm məsələlərdən biridir. Elektron kitabxanalarda elektron kataloqların yaradılmasında bibliometriya, bibliomininq s.bu kimi elmi problemlərin həlli, elektron kitabxana resurslarının menecmentinin təşkili, electron kitabxanaların xidmətlərindən istifadə üçün elektron kreditlərin (tələbələrə, aspirantlara s.) verilməsi, qarşılıqlı elektron kitab mübadiləsinin aparılması məsələlərinin təşkilinin önəmli olduğunu qeyd etmək lazımdır. Elektron kitabxanalar arasında informasiya idxalı ixracı münasibətlərinin formalaşması, müəllif hüquqlarının, intellektual mülkiyyətin qorunması, kommersi-yalaşdırma sahəsində mövcud olan problemlərin həllinin vacibliyi qeyd olunmalıdır.

AMEA-nın İnformasiya Texnologiyalar İnstitutunda elektron kitabxanaların yaradılması, müasir tələblərə cavab verən səviyyədə avtomatlaşdırılması istiqamətində geniş tədqiqat işləri aparılır. Belə tədqiqat işlərində xarici ölkələrin təcrübəli alimləri iştirak edirlər. Ümumiyyətlə, institutun elmi-texniki sahədə apardığı tədqiqat işlərində birgə fəaliyyət göstərmək, əməkdaşlıq əlaqələri yaratmaq məqsədilə Cənubi Koreya Respublikası tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutuna alimlər ezam olunmuşlar. Sözsüz ki, birgə tədqiqat işləri bir nailiyyətlərin qazanılmasına səbəb olacaq.

Dünyanın inkişaf etmiş ölkələrində elektron kitabxanalar mövcud olsa da, bu sahədə mütəmadi olaraq yeniliklər baş verir. Respublikamızda da elektron kitabxanaların müasir standartlara uyğunlaşdırılmasına dair təklif tövsiyələr irəli sürülür yeniliklər tətbiq olunur. Çoxdan bəri Dünya Elektron Kitabxanası yaratmaq barədə ideyalar ortaya atılsa da, bu istiqamətdə təşəbbüslər göstərilsə , bu məsələ ötən il öz həllini tapdı. Ötən il aprelin 21-də Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq, filmlərə, şəkillərə baxmaq olar. Ünvanı wdl.org.olan saytdakı mətnlər dünyanın 7 əsas dilində - ərəb, çin, ingilis, fransız, portuqal, rus ispan dillərində təqdim olunur.

UNESCO-nun dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi nadir materialları hamı üçün əlçatan etməkdir.

Qeyd etmək lazımdır ki, hazırda ölkəmizin dövlət hökumət qurumlarında, elm təhsil ocaqlarında elektron kitabxanalar mövcuddur. Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin,  AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaxından iştirakı köməyi ilə yaradılan bu kitabxanalar insanların istənilən informasiyanı asanlıqla əldə etməsini təmin edir. Elektron kitabxanaların ölkədə informasiya cəmiyyətinin formalaşmasında böyük əhəmiyyətə malik olduğunu da unutmaq olmaz.

Milli Kitabxananın elektron kataloqunun hazırlanması avtomatlaşdırılması istiqamətində lazımi işlər görülmüş oxuculara müasir tələblərə cavab verən səviyyədə xidmət təmin olunmuşdur. Qeyd edək ki, indi ölkədə "kitabxana.net" milli virtual kitabxana da fəaliyyət göstərir.

Sözsüz ki, dövlət qayğısı sayəsində Azərbaycanda informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsi olaraq ölkədə elektron kitabxanaların şəbəkəsi genişlənəcək hər bir istifadəçi üçün istədiyi informasiyanı əldə etmək üçün geniş imkanlar yaranacaq.

 

 

Cəmaləddin Dostəli

 

Mövqe.- 2010.- 27 oktyabr.- S. 11.