"Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti" adlı biblioqrafik qöstərici isıq üzü qörüb

 

AMEA Rəyasət Heyətinin Mərkəzi Elmi Kitabxanası Elmi Şurasının qərarına əsasən, "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti" adlı biblioqrafik göstərici işıq üzü görüb. Biblioqrafik göstəricinin tərtibçisi AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ixtisas redaktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Nadir İsmayılovdur.

Kitab Azərbaycan tarixinin şanlı səhifələrindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub. Yeni nəşrdə müasir Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında 1918-2009-cu illərdə işıq üzü görmüş materiallar yer alıb. Biblioqrafik göstəriciyə müasir Azərbaycan   dövlətçiliyinin  Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən Cümhuriyyət haqqında mövcud olan digər sənədlər (kitablar, dövri mətbuatda məcmuələrdə dərc olunan məqalələr, elmi-tədqiqat əsərləri s.) daxildir. Kitabın məqsədi Azərbaycan Xalq Cümhuriyyəti haqqında mövcud olan sənədləri müəyyənləşdirmək, onları toplayıb qruplaşdırmaq Azərbaycan Xalq Cümhuriyyəti haqqında maraqlanan, bu sa-hədə tədqiqat işi aparan mütəxəssislərə, eyni zamanda geniş oxucu auditoriyasına məlumat verməkdir.

 

 

Mövqe.- 2010.- 28 oktyabr.- S.13.