Sənətçilərimiz
İranda möhtəsəm proqramla çıxıs ediblər
İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tehran şəhərindəki "Niyavəran"
mədəniyyət sarayında
möhtəşəm konsert
proqramı nümayiş
etdirilib. Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə
Əməkdar artist Samir
Cəfərov dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın
mal alan" musiqili komediyasından mahnılar oxuyub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu "Toy",
"İgidlər" və
"Çobanlar" rəqslərini
ifa ediblər. Tamaşaçılar Samir
Cəfərov və Anar Şuşalının
ifasında böyük
şairimiz Səməd Vurğunun sözlərinə
bəstələnmiş "Azərbaycan" mahnısını
ayaqüstə, hərarətli
alqışlarla qarşılayıblar.
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində
sentyabrın 29-da Tehranda
"Qırxıncı qapı"
bədii filmi nümayiş etdirilib və sənətçilərimiz
növbəti konsert proqramı ilə tamaşaçıların görüşünə
gəliblər.
Mövqe.- 2010.-30
sentyabr.- S. 13.