Azərbaycan
və Rusiyanın münasibətləri diplomatik prosedurlar
çərçivəsindən çox kənara
çıxır
"Azərbaycan və Rusiya
arasındakı münasibətlər diplomatik prosedurların
çərçivəsindən çox kənara
çıxır, onlar iki ölkə əhalisinin ən
geniş təbəqələrinin başlıca maraqlarına
hörülüb". Bu fikirlə Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günlərdə
Rusiya ilə diplomatik münasibətlərin qurulmasının
19 illiyi ilə əlaqədar çıxış edib. "Məhz
bu əsas şərait sayəsində keçmiş illər
ərzində hazırda ikitərəfli münasibətlərin
əsl mehriban qonşuluq ruhuyla şərtlənməsinə
nail olmaq mümkün olub"-səfir İTAR-TASS-ın
müxbiri ilə söhbətində bildirib.
Səfirin
fikrincə, "Yaranmış qarşılıqlı
anlaşma, etimad
və konstruktiv dialoq
mühiti" nəticəsində
2010-cu ilin sentyabrında
iki ölkə prezidentlərinin
Bakıda Azərbaycan
və Rusiya arasında
dövlət
sərhədlərinin
delimitasiyası haqqında
tarixi müqaviləni
imzalamaları, hər
iki ölkə ərazisində
diplomatik missiyaların
yerləşdirilməsi
şərtlərinə dair
bu yaxınlardakı
razılaşma
mümkün
olub. "Lakin dövlətlər və cəmiyyətlər
arasındakı əlaqələr son dərəcə siyasi və
ya iqtisadi maraqların meyarları ilə deyil, həm də
humanitar, bilavasitə milyonlarla insanın taleyinə toxunan
müstəvi ölçüləri ilə müəyyən
edilir. Yüz minlərlə rus nəsildən nəsilə onlar
üçün Vətən olan Azərbaycanda yaşayıb.
Yüz minlərlə azərbaycanlı Rusiyada yaşayır.
Və bu münasibətlərimizi möhkəmlədən
ümumi sərvətimizdir"-Polad Bülbüloğlu əmindir.
"Əminəm
ki, biz belə münasibətlərin qədrini bilməliyik və
onları qorumalıyıq, insanlar arasındakı əlaqələr
üçün əlverişli mühiti təmin etməliyik.
Talelərin
canlı məkanında bəzən ani siyasi konyukturanın
xeyrinə qəbul edilən və bu əlaqələri
pozmağa yönəldilən istənilən cəhd təhlükəli
təzahür kimi qəbul edilməlidir, onlarla həm dövlət,
həm də ictimai səviyyədə mübarizə
aparılmalıdır"-səfir qeyd edib. Azərbaycanlı
səfirin fikrincə, eyni zamanda "ikitərəfli əlaqələrin
zəngin potensialının hərtərəfli
açılışı Ermənistan-Azərbaycan
münaqişəsi nizamlanmadan və onun ağır nəticələri
aradan qaldırılmadan mümkün deyil. Hesab edirəm ki,
Rusiya Minsk qrupunun həmsədri kimi son illərdə bu istiqamətdə
nisbətən daha çox aktivlik göstərərək, bu
münaqişənin nizamlanmasında müəyyənedici rol
oynaya bilər"-o, qeyd edib. Bununla əlaqədar səfir RF
prezidenti Dmitri Medvedyevin ardıcıl olaraq həyata
keçirdiyi Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin
üçtərəfli görüşünün təşkili
ilə bağlı təşəbbüslərinə diqqət
çəkib. "İndi bu uzanan və son dərəcə
təhlükəli potensiala malik münaqişənin sülh
yolu ilə nizamlanmasına nail olunacağına ümidlər
məhz bu proseslərlə bağlıdır"-Polad
Bülbüloğlu deyib.
Mövqe.- 2011.- 6 aprel.- S. 2.