5
yaşından şəfa verən həkimə xarici ölkələr
sahib çıxmaq istəyir
Onunla
təsadüfən
-
İlk dəfə başqalarından fərqləndiyinizi necə
hiss etdiniz?
-
5 yaşım var idi, anam xəstə idi. O yeriyə bilmirdi,
qolları, qıçları tutulmuşdu, yataqda
qalmışdı. Bir gün anamın yanına gəlib onu
sığallamağa başladım və anam mənə
yüngülləşdiyini, ağrılarının
azaldığını dedi. Anamın sevindiyini görüb,
onu hər gün sığalladım, qollarına,
ayaqlarına əlimi sürtüdm və anam sağaldı. O
zaman bizim ailə hələ Ucarda yaşayırdı.
Anamın sağaldığını, ayağa
qalxdığını görənlər "həkimliyimi"
eşitdikdə o qədər də təəccüblənmədilər.
Çünki anamın anasında, nənəmdə də belə
qabliyyət olduğunu artıq Ucarda hamı bilirdi. 6
yaşımda orta məktəbə getmişəm. Bu da ətrafdakıların
marağına səbəb oldu. 16 yaşım olanda ailəmiz
Bakıya köçdü.
1999-cu
ildə AZ TV-nin "Səhər" verilişində mənim
haqqımda veriliş yayımlandı. Ondan sonra ölkənin
müxtəlif yerlərindən yanıma sağalmaz xəstələr
gəlməyə başladı. Sonralar Su Təsərrüfatı
Xəstəxansında çalışdım.
Sağaltdığım qadın ikinci ailə
həyatını qurdu
-
Rusiyaydakı fəaliyyətiniz nədən qaynaqlandı?
-
Sağaltdığım bir azərbaycanlı Rusiyaya gedir.
Orada rus dostuyla söhbət edərkən, onun anasının
ağır xəstə olduğunu eşidir. Pasientimin rus dostu
ona deyir ki, ağır böyrək xəstəsi olan anası
təcili əməliyyat olunmalıdır. Lakin həkimlər
xəstənin əməliyyatdan salamat
çıxacağına yüz faiz söz vermir. Bu zaman
pasientim öz xəstəlik tarixçəsindən və onu
sağaltmağımdan danışır. Hələ onda belə
mobil telefon- zad yox idi. Bakıxanov qəsəbəsində
yaşayırdım. Bir gün məni poçta
çağırdılar ki, bəs səninlə telefonda
danışmaq istəyən var. Telefonda Yura adlı rus mənimlə
danışmağa başladı və pasientimin adını
çəkəndə tanıdım. Yura məni Rusiyaya dəvət
etdi. Onlar məni Moskvada qarşıladılar, qatarla
Rıbınskaya getdik. 11 gün Yuranın anasını
müalicə etdim. Qadın tamamilə sağaldı, hətta
ikinci dəfə ərə də getdi.
-
Rusiyadakı fəaliyyətiniz də, yəqin ki, bundan sonra
başladı?
-
O, qadın tam sağaldıqdan sonra məni Moskva ətrafında
yerləşən Serpuxov şəhərinə gətirdi. Bu
şəhərdəki Voroşilov küçəsində mənim
fəaliyyət göstərdiyim evin qapısına "Xalq həkimi
Oqtay Kərimov müalicə edir" sözləri
yazılmış lövhə asıldı. Bura Rusiyanın hər
yerindən insanlar axışmağa başladı. 3 il bu
şəhərdə işlədim. Lakin 1995-ci ilin
oktyabrında Bakıda metro partladığını
eşitdim, nədənsə, bu olay məni rahat buraxmadı və
Bakıya qayıtmalı oldum.
11 ildən sonra bədənində
çibanlar çıxdı və uşağı oldu
-
Eşitdiyimə görə, siz sonsuzluğu da müalicə
edirsiniz?
-
Bəli, müalicə edirəm. Bir ailə gəlmişdi
yanıma. 11 ildir ailə qursalar da, övladları olmurdu.
Sankt-Peterbruqda, İstanbulda müalicə almışdılar,
lakin həkimlər kişiyə çox bədbin diqanoz
qoymuşdular-sonsuzluq. Ər-arvad- hər ikisini müalicə
elədim. Müalicədən bir həftə sonra kişinin
bütün bədənində çibanlar
çıxdı. O, çox qorxurdu. Amma mən qətiyyən
rahatsız olmadım. Çünki bilirdim ki, bu,
yaxşılığa doğru dəyişmədir,
çevrilmədir. 1 ildən sonra ailənin bir qızı
oldu. Çox sevinirdilər, bilmirdilər necə təşəkkür
eləsinlər mənə.
-
Siz ancaq əllərinizlə müalicə edirsiniz, yəni
bioenerji ötürməklə. Heç olubmu ki, dərman
bitkilərindən istifadə edəsiniz?
-
Ancaq əllərimlə müalicə edirəm. Ağrıyan
nöqtəni tapıram və oraya masaj vasitəsilə
bionerji ötürürəm.
-
Bəs ağrıyan yeri necə tapırsınız? Bunu
görürsünüz, yoxsa hiss edirsiniz?
-
Gözlərimin qabağına gəlir, ürəyimdən
keçir. Xəstənin bağırsağının quruluşunu,
sümüyünün çatlamasını, hansı halda
olduğunu görürəm.
-
Əslində, bu, həssaslığın pik həddidir. Yəqin
eyni zamanda bu qədər həssaslıq çox çətindir.
Tutaq ki, siz marşrut avtobusuna, metroya minmisiniz və ya
insanların çox olduğu bir məclisdəsiniz. Bu zaman
onlarla insanın xəstəliyi və problemləriylə
bağlı sizə məlumatlar ötürülür. Yormur
sizi bu hal?
-
Yox, yormur.
-
Axı, insanların xarakteri, kimliyi müxtəlif olduğu
kimi daşıdığı enerjişi də eyni deyil.
Müsbət və mənfi enerjili insanların aurası sizə
necə təsir edir? Mənfi enerjidən necə xilas olursunuz?
-
Bilirsiniz, mənə Yaradan elə müsbət enerji verib ki,
kimsə mənə pislik etmək istəsə də, bu
alınmır. Mən pasiyentlərimin, eyni zamanda ətrafdakıların
yüklədiyi mənfi enerjidən xilas ola bilirəm, bu
çox asandır. O ki qaldı ictimai yerlərdə
duyduqlarıma, daha çox marşrutda cibgirləri duyuram.
İndicə kimdənsə oğurluq edəcəyini, yəni
yaxşı niyyətli birisi olmadığını hiss edirəm.
Amma sərnişinlərin xəstəliyini də görürəm.
Bir dəfə avtobusla gedirəm, məndən qabaqda iki
qadın əyləşib. Mən bu qadınların sanki
içini görürəm. Özümü saxlaya bilmədim,
gördüklərimi dedim. Sən demə, bu qadınlar
İnquşetiyadan gəliblərmiş Bakıya. O qədər
sevindilər ki, "biz Rusiyada, Moskvada dəfələrlə
müayinə olunsaq da, dərdimizi bilən olmayıb"
dedilər.
-
Olubmu ki, siz rentgenin və ya hansısa məşhur diqanostika mərkəzinin
qoyduğu diaqnozu qəbul etməyəsiniz?
-
Bir dostum vardı. Buna bahalı klinikalardan birində qəribə
diaqnoz qoymuşdular və əməliyyat olmağı məsləhət
görmüşdülər. Onun ağciyərinin
üstündə kiçik bir suluq var idi. Həkimlər
demişdi ki, əməliyyat olunmalıdır və əməliyyat
40 dəqiqə çəkəcək. Mən etiraz elədim.
Dedim, 40 dəqiqəyə bu əməliyyatı başa
çatdırmaq mümkün deyil. Dediyim kimi də oldu.
Dostumu bu bəladan 7 saatlıq əməliyyat xilas elədi.
Sonralar məni həmin klinikaya işləməyə dəvət
etdilər.
-
Türkiyədə 4 il çalışmısınız.
Qardaş ölkəyə getmənizə səbəb nə
oldu?
-
Deməli, MasterTibot-un Azərbaycandakı rəhbəri Əlisanbəy
Gənc mənim yanıma gəldi. O zaman Basin küçəsində
çalışırdım. Əlisanbəyin onurğa
sütunu əyilmişdi, dizlərində də güclü
ağrılar vardı. Onu sağaltdım, məndən
çox razı qaldı. Sonra gəlib, məndən xahiş
etdi ki, onunla Türkiyəyə, ata-anasının
yaşadığı Trabzona gedim. Dedi ki, valideynləri
yaşlı və xəstə adamlardır, onları
sağaltmağımı istəyir. Eyni zamanda məni
dünyaya tanıtdırmaq istəyindən danışdı.
2001-ci ilin avqust ayında Türkiyəyə getdik. Trabzonda
keçirdiyim 28 gün ərzində o qədər insan
axını ilə üzləşdim ki, nahar etməyə
güclə vaxt tapırdım.
-
O zaman Türkiyə mətbuatı sizin anadangəlmə iflic
olmuş uşağı yeritmənizdən
yazmışdı.
-
Hə, Altuntaş adlı bir türk idi. Dedi ki, 10 yaşlı
Məhmətcan adlı oğulları anadangəlmə
iflicdir, yerimir. Onlar mənim haqqımda eşitmişdilər və
uşaqlarını sağaldacağıma çox
inanırdılar. Mən baxdım uşağa və dedim ki,
uzun müddət müalicə tələb edir, amma
bacardığımı edəcəyəm. 90 gün
uşağı müalicə etdim. Artıq Məhmətcan
qalxıb yeriyirdi. Məhmətcanın olayı isə məni
çox məşhurlaşdırdı. Bundan sonra İstanbul,
Ankara, İzmirdə oldum. Amma əsas oturduğum yer Trabzon
olub. Türkiyə qəzetlərində haqqımda çox
yazıldı. İnanın ki, bütün günü
dayanmadan işləyirdim.
-
Telekanallarımızda ekstrasenslərlə, öncəgörənlərlə
bağlı müxtəlif verilişlər var. Siz niyə
çıxmırsınız bu verilişlərə?
-
Türkiyədə, Rusiyada olanda məni reklam etmək
üçün pul təklif edirdilər. O zaman mənə qəribə
gəlirdi. Soruşurdum, niyə belə edirsiniz, deyirdilər
ki, qoy, xalq səni tanısın, dərdi olan gəlib əlac
tapsın. Amma Azərbaycanda məni reklam etmək
üçün pul istəyirlər. Belə reklam mənə
gərək deyil.
"Falçı
adından qorxuram"
- Deyəsən, vətənə
çox bağlısınız? Rusiyada, Türkiyədə
sizə burdakından qat-qat yaxşı şərait
yaradılsa da, sonda Bakını əziz tutmusunuz, Bakıya
dönmüsünüz.
-
Düzdür, həm Türkiyədə, həm Rusiyada işləməyim
üçün çox yaxşı şərait
yaradıldı, qalıb çalışamağımı
istədilər. Amma qala bilmədim. Torpağıma, ailəmə
çox sadiq adamam.
- Sizin öncəgörmə qabliyyətinizdən
danışırlar. Amma bu barədə danışanda
mövzudan qaçırsınız. Səbəbi nədir?
Falçı adından qorxursunuz?
- Elə, lap doğrusu, falçı
adından qorxuram. İstəmirəm məni belə
tanısınlar. Bir də görürsən, biri gəlib
deyir ki, filankəsə bunu elə, onu elə. Deyirəm, mən
falçı deyiləm, şəfaverənəm.
Günahdır, ən yaxşısı, falçı
olmamaqdır.
-
Amma etiraf edək ki, falçılar ekstrasenslərdən daha
çox qazanırlar.
- Qoy, qazansınlar. Mənə belə
çirkli qazanc gərək deyil, Allahdan qorxuram, həm də
uşaqlarımın üzünə baxa bilmərəm.
Heç özümə sığışdıra da bilmərəm
bu yolla pul qazanmağı. İnsanlara şəfa verməkdən
gözəl nə var ki? Ən yaxşısı, dərdləri
sağaltmaq və insanlara sevinc bəxş etməkdir.
Arzu
Abdulla
Mövqe.-2011.-7 aprel.-S.13.