Dağlıq
Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı
I saziş - silahlı münaqişənin
dayandırılması
Ona görə tərəflər BMT Nizamnaməsinin
müddəalarına, ATƏT-in əsas prinsiplərinə və
qərarlarına beynəlxalq hüququn hamılıqla
tanınmış normalarına sadiq qalaraq və BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin
tamamilə yerinə yetirilməsinə kömək göstərmək
əzmində olduqlarını bildirərək silahlı
münaqişənin dayandırılmasına nail olmağa və
normal münasibətlərin bərpasına dair I sazişdə
şərh edilmiş tədbirləri həyata keçirmək
və Dağlıq Qarabağın qəti statusu haqqında II
sazişdə şərh olunmuş razılığa gəlmək
barədə razılaşırlar.
Tərəflər razılığa gəlirlər: I. Onların
arasında mübahisələrin, o cümlədən bu sazişin
həyata keçirilməsi ilə əlaqədar mübahisələrin
nizama salınması üçün silahlı qüvvədən
istifadə olunmasından imtina etmək. II. Silahlı qüvvələri
iki mərhələdə çıxarmaq.
Birinci mərhələdə Dağlıq Qarabağdan
şərqə və cənuba doğru indiki təmas xətti
boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış
xətlərə tərəf bir neçə kilometr geri
çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin
ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış
bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri
bu xətt boyunca ayırmağa və qüvvələrin
çıxarılmasının ikinci mərhələsində
təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədilə
yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri
lazımınca nəzərə alınmalıdır.
İkinci mərhələdə qüvvələr I əlavədə
razılaşdırılmış cədvələ müvafiq
surətdə aşağıdakı qaydada çıxarılacaqdır:
A. Ermənistan qüvvələri Ermənistan Respublikasının
sərhədləri daxilinə aparılır.
B. Dağlıq Qarabağ qüvvələri Dağlıq
Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə
aparılır (aşağıdakı VIII və IX bəndlərdə
göstərilmiş istisnalarla).
S. Azərbaycan qüvvələri yüksək səviyyədə
planlaşdırma qrupunun tövsiyələri əsasında I
əlavədə razılaşdırılmış xətlərə
çəkilir.
D. Ağır silahlar uzağa, şəffaflıq və hesabatvermə
tələblərinə əməl edilməsi şərti ilə,
yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri
əsasında I əlavədə razılaşdırılmış
yerlərə aparılacaqdır.
E. Qüvvələrin çıxarılması başa
çatdıqdan sonra bufer zonası, I əlavədəki xəritədə
göstərildiyi kimi, DQMV-nin 1988-ci ildəki hüdudları və
Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsi
boyunca yerləşəcəkdir.
III. Qüvvələrin çıxarılması nəticəsində
azad edilmiş ərazilər ayırıcı zona əmələ
gətirir. Bu zonada təhlükəsizliyə nəzarəti
ATƏT-in sülhümüdafiə qüvvələri daimi
qarışıq komissiya ilə birlikdə həyata
keçirəcəklər. ATƏT-in
sülhümüdafıə qüvvələrinin və daimi
qarışıq komissiyanın II əlavənin həyata
keçirilməsi qaydasında razılığı olmadan tərəflərdən
heç birinə bu zonaya öz qüvvələrini yeritməyə
imkan verilməyəcəkdir; həmin əlavədə sərhəd
xidməti, minalardan təmizləmə və mülki polis
funksiyaları üçün
razılaşdırılmış bölmələr nəzərdə
tutulacaqdır. Tərəflər ayırıcı zonada və
bufer zonasında bütün hərbi uçuşlara yol verilməməsi
barədə razılığa gəlirlər.
IV. Daimi qarışıq komissiya ilə birlikdə təhlükəsizliyə
təminat verilməsi üçün ATƏT-in çoxmilli
sülhümüdafıə qüvvələrinin bufer zonasında
yerləşdirilməsinə kömək etmək. ATƏT-in
sülhümüdafıə qüvvələri ATƏT tərəfindən
təyin edilmiş qüvvələrdən ibarət olacaq və
onların mandatı BMT Təhlükəsizlik Şurasının
qətnaməsi ilə müəyyənləşdiriləcək,
həm də mandat ATƏT-in fəaliyyətdə olan sədrinin
tövsiyəsi ilə yenidən qüvvəyə minəcəkdir.
V. Köçkün şəxslərin ayırıcı
zonadakı əvvəlki daimi yaşayış yerlərinə
qayıtmasını həyata keçirmək ATƏT-in sülhümüdafıə
qüvvələri daimi qarışıq komissiya ilə birlikdə
qayıdan əhalinin təhlükəsizliyinə nəzarət
edəcək və bu zonanın silahsızlaşdırılmış
rejiminə bütün tərəflərin inamını təmin
edəcək.
VI. Qüvvələrin çıxarılması ilə
eyni vaxtda yolların, dəmir yollarının, elektrik və
rabitə xətlərinin açılması, ticarət
münasibətlərinin və digər münasibətlərin
bərpası məqsədləri ilə tədbirlər, o
cümlədən bu məqsədlər üçün
lazım olan bütün işlər həyata keçiriləcəkdir.
Tərəflər, etnik azlıqlar da daxil olmaqla, həmin əlaqələrdən
hamının istifadə etməsinə təminat verir, bu
azlıqların regionun digər yerlərindəki öz etnik
qrupları ilə ünsiyyətdə olmasına təminat
verirlər. Tərəflərdən hər biri blokadaları
aradan qaldırmağı, yüklərin və adamların
bütün digər tərəflərə maneəsiz daşınmasını
təmin etməyi öhdəsinə götürür. Ermənistan
və Azərbaycan öz aralarında, o cümlədən
Bakı-Horadiz, Mehri-Ordubad-Naxçıvan-Yerevan xəttində
sərbəst və təhlükəsiz dəmiryolu əlaqəsinə
təminat verirlər.
VII.
Münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdırılması və bütün cənazələrin qaytarılmasının təmin olunması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qaçqınların işləri üzrə ali
komissarı
ilə və digər beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq etmək.
VIII. Laçın dəhlizinə
aid aşağıdakı tədbirlər barəsində:
A.
Azərbaycan dəhlizi ATƏT-ə
icarəyə verir, ATƏT dəhlizdən yalnız Dağlıq Qarabağın hakimiyyət orqanlarının istifadəsi üçün müqavilə bağlayır (tranzit üçün aşağıda, E bəndində göstərilən istisnalarla).
B.
ATƏT Dağlıq Qarabağın hakimiyyət orqanları
ilə əməkdaşlıq şəraitində
təhlükəsizliyə nəzarət edir.
S.
Laçın dəhlizinin hüdudları
yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmaqla II əlavədə razılaşdırılmışdır.
D.
ATƏT Laçın şəhərindən yan keçən yolun çəkilməsinə nəzarət edir. Yolun
tikintisi başa çatdıqdan sonra Laçın şəhəri
Laçın dəhlizindən çıxarılır. O,
(ayırıcı zonanın bir hissəsi kimi) Azərbaycanın
inzibati nəzarəti altına qaytarılır və onun əvvəlki
sakinləri qayıda bilərlər.
E.
Dəhlizdə daimi məskənlər salınmasına və təhlükəsizlik qüvvələrinin icazə verilmiş
kontingentləri istisna olmaqla,
silahlı qüvvələr yerləşdirilməsinə yol
verilmir.
Rəsmi şəxslər, müşahidəçilər və
ATƏT-in sülhümüdafıə qüvvələrinin üzvləri,
eləcə də Laçın rayonundan Qubadlı rayonuna gedən
və ya geriyə qayıdan regionun azərbaycanlı sakinləri
qabaqcadan xəbər verildikdə işlənilən istiqamətdə
tranzit hüququna malikdirlər. Laçın rayonunun dəhlizin
çərçivəsindən kənardakı ərazisi
ayırıcı zonanın bir hissəsidir.
IX. Şuşa şəhərinə
və Şaumyan rayonuna aid aşağıdakı tədbirlər
barəsində:
A.
Tərəflər, məhdud xidməti heyəti olan hava hücumundan müdafiə
bölmələri istisna
olmaqla,
öz silahlı bölmələrini hər iki məntəqədən çıxarırlar.
B.
Yerli hakimiyyət orqanları
ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları Bürosu müşahidəçilərinin yerləşdirilməsinə yardım göstərəcək.
S.
Köçkün şəxslər özlərinin əvvəlki daimi yaşayış
yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyinə müvafiq yerli hakimiyyət orqanları
təminat verəcək.
D.
Qayıdan sakinlər, siyasi
partiyalar yaratmaq hüququ da daxil olmaqla, bütün vətəndaş hüquqlarına malikdirlər.
Onlar müvafiq surətdə Bakının və Stepanakertin
parlamentlərində və bu yerlərdə seçkili
şuralarda, polisdə və təhlükəsizlik qüvvələrində
həmin yerlərin əhalisi arasında sayına uyğun
olaraq təmsil ediləcəklər.
Mövqe.- 2011.- 7 aprel.-S.10.