Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı

 

IV yazı

 

I saziş - silahlı münaqişənin dayandırılması

 

E. Daimi qarışıq komissiya beynəlxalq yardımın bu yerlərdə ədalətli əsasda və əhalinin hər iki qrupuna sərfəli şəkildə bölüşdürülməsini əlaqələndirir.

F. Şuşa şəhərinin və Şaumyan rayonunun sakinləri yollardan, Azərbaycanın qalan hissəsi ilə və Dağlıq Qarabağla rabitədən və digər vasitələrdən təminatlı istifadə edə biləcəklər.

X. Bu sazişin Azərbaycan və Dağlıq Qarabağla bağlı problemlərə aid müddəalarının həyata keçirilməsinə nəzarət üçün Daimi Qarışıq Komissiya (DQK) təsis etmək. DQK-nın üç həmsədri var; biri azərbaycanlı, biri Dağlıq Qarabağdan və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi. Azərbaycanlı və Dağlıq Qarabağdan olan həmsədrlərin əsas vəzifəsi sazişi həyata keçirməkdən ibarətdir; ATƏT-dən olan həmsədrin əsas vəzifəsi isə fikir ayrılıqları təqdirində vasitəçi və arbitraj olmaqdır. DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları var. DQK və onun yardımçı funksiyaları II əlavədə şərh edilmişdir.

XI. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında tam diplomatik münasibətlər yaratmaq.

XII. Bir həmsədri Ermənistan Respublikasından və digər həmsədri Azərbaycan Respublikasından olmaqla Ermənistan-Azərbaycan İkitərəfli Komissiyası (EAİK) yaratmaq. ATƏT-in fəaliyyətdə olan sədri bu komissiyada təmsil edilir.

EAİK sərhəd toqquşmaların qarşısının alınmasına kömək edir, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqəni həyata keçirir və yolların, dəmir yollarının, rabitə xətlərinin, boru kəmərlərinin açılması, ticarət münasibətlərinin və digər münasibətlərin bərpası tədbirlərinə nəzarət edir.

XIII. BMT Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.

XIV. Bu saziş ATƏT-in Minsk Konfransında hərtərəfli nizamasalma haqqında saziş bağlanılan vaxtadək qüvvədə olacaqdır. Həmin saziş indiki sazişdə nəzərdə tutulan təhlükəsizlik sülhümüdafıə mexanizmlərinin əvəzinə daimi belə mexanizmlər yaradacaqdır.

II saziş: status Preambula:

Dağlıq Qarabağın statusu onun əsas etnik mədəni xarakterinin saxlanılması, Ermənistan Respublikası da daxil olmaqla, beynəlxalq birlik üçün maraq doğurur. O, istər Azərbaycan Respublikasının, istərsə Dağlıq Qarabağın hakimiyyət orqanlarının birtərəfli hərəkəti ilə müəyyən edilə bilməz. Status aşağıdakı parametrlərlə müəyyən olunur:

I. Münaqişədə iştirak edən bütün tərəflərin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü sərhədlərinin toxunulmazlığını tanıması.

II. Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət ərazi qurumudur onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağlıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdiriləndən, Minsk Konfransı tərəfindən bəyəniləndən, Azərbaycanın Dağlıq Qarabağın konstitusiyalarında inkorporasiya olunandan sonra aşağıdakı hüquqları imtiyazları əhatə edəcəkdir.

III. Dağlıq Qarabağ axçıvan, Ermənistan Azərbaycanla sərbəst maneəsiz nəqliyyat rabitə əlaqəsi saxlamaq hüququna malik olacaqlar.

IV. Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə müəyyən edilir.

V. Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ xalqı tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaqdır. Həmin konstitusiya bu sənəd əsasında öz müqəddəratını təyin etmək forması haqqında Dağlıq Qarabağın hakimiyyət orqanları ilə Azərbaycan arasında rəsmi sazişi inkorporasiya edəcəkdir. Azərbaycan bu sazişlərin inkorporasiyası üçün öz konstitusiyasına müvafiq dəyişikliklər edəcəkdir. Dağlıq Qarabağın öz bayrağı, gerbi himni olacaqdır.

VI. Dağlıq Qarabağın ərazisində Dağlıq Qarabağın konstitusiyası qanunları işləyir. Əgər Azərbaycanın qanunları, qaydaları icra qərarları Dağlıq Qarabağın konstitusiyasına qanunlarına zidd deyildirsə, onlar sonuncunun ərazisində qüvvəyə malikdir.

VII. Dağlıq Qarabağ özünün qanunvericilik, icra məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.

VIII. Dağlıq Qarabağ əhalisi Azərbaycan parlamentinə nümayəndələr seçir Azərbaycan Prezidentinin seçkilərində iştirak edir.

IX. Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərti ilə iqtisadiyyat, elm, mədəniyyət, idman sahələrində humanitar məsələlərdə əcnəbi dövlətlər beynəlxalq təşkilatlarla bilavasitə xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağın siyasi partiyalarının digər ölkələrdəki siyasi partiyalarla əlaqələr yaratmaq hüququ olacaqdır.

X. Dağlıq Qarabağ vətəndaşlarının üzərində xüsusi olaraq "Dağlıq Qarabağ" yazılmış Azərbaycan pasportu olacaqdır. Dağlıq Qarabağ vətəndaşları Ermənistan qanunlarına uyğun olaraq əcnəbilər hesab edilməyəcəklər, istənilən vaxt Ermənistana mühacirət edə və Ermənistan Respublikasına daimi mühacirət təqdirində Ermənistan vətəndaşlığını qəbul edə bilərlər.

XI. Dağlıq Qarabağ valyutaların sərbəst işləndiyi azad iqtisadi zona olacaqdır.

XII. Dağlıq Qarabağın milli qvardiyası polis qüvvələri olacaqdır. Dağlıq Qarabağ vətəndaşlarının Dağlıq Qarabağ ərazisində hərbi xidmət etmək hüququ olacaqdır.

XIII. Azərbaycanın ordusu təhlükəsizlik polis qüvvələri Dağlıq Qarabağ ərazisinə yalnız Dağlıq Qarabağ hakimiyyət orqanlarının icazəsi ilə daxil olmaq hüququna malik olacaqdır.

XIV. Dağlıq Qarabağın büdcəsi onun öz ehtiyatları hesabına əmələ gələn daxilolmalardan tərtib edilir. Dağlıq Qarabağ hökuməti Azərbaycanın xarici ölkələrin şəxslərini şirkətlərini kapital qoyuluşuna həvəsləndirəcək buna təminat verəcəkdir.

XV. Dağlıq Qarabağ çox etnik xarakterə malikdir. Hər bir vətəndaş bütün rəsmi qeyri-rəsmi hallarda öz milli dilindən istifadə etmək hüququna malikdir.

XVI. BMT Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.

 

Dağlıq Qarabağ münaqişəsi üçün etimadın möhkəmləndirilməsi tədbirləri

 

Münaqişənin dincliklə aradan qaldırılmasına nail olunaq niyyətini nümayiş etdirmək üçün tərəflər hər hansı bir digər sazişi gözləmədən, etimadı təhlükəsizliyin möhkəmləndirilməsinə dair aşağıdakı tədbirlərdən istənilənləri ya onların hamısını həyata keçirə bilərlər:

- Azərbaycan Ermənistan İcevan - Qazax sektorunda öz aralarındakı sərhəd boyunca atəşkəs rejimini dərhal bərpa etmək barədə öhdəlik götürə bilərlər. 1992-ci ildə tətbiq olunmuş bu rejimin təcili telefon rabitəsi xəttindən sərhəddə birgə keşik çəkilməsindən ibarət idi;

- tərəflər Dağlıq Qarabağla əlaqədar, məsələn, İcevan-Qazax sektorunda Ermənistan-Azərbaycan sərhədi boyunca əlavə müşahidənin həyata keçirilməsi üçün ATƏT-in fəaliyyətdə olan sədrinin müşahidə üzrə missiyasının genişləndirilməsi haqqında sazişə gələ bilərlər;

- humanitar tələbatların (istər Azərbaycanının köçkün şəxsləri üçün, istərsə Dağlıq Qarabağın daxilində) müəyyənləşdirilməsi məqsədilə BMT-nin qaçqınların işləri üzrə ali komissarının Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə dialoq. Bu, ya BMT ali komissarının, ya da Beynəlxalq Qırmızı Xaç Komitəsinin razılığı ilə həyata keçirilə bilər;

- Dağlıq Qarabağ regionunda həm ermənilər üçün, həm azərbaycanlılar üçün açıq olan həftəlik ya gündəlik bazarların təşkili. Bu, sərhədi keçmək üçün məntəqələr yaradılmasını, bazar meydançalarına gələn yolların açılmasını minalardan təmizlənməsini, tranzit rejimlərinin ticarət qaydalarının modallığı haqqında sazişlər bağlanmasını tələb edəcəkdir.

18 iyul 1997-ci il

 

 

Mövqe.-2011.-8 aprel.-S.10.