Dağlıq Qarabağ problemi beynəlxalq təşkilatlarda Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı

 

VI yazı

 

ATƏT-in Minsk Qrupunun sədarəti

 

Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş

 

Preambula

 

VI. Qüvvələrin çıxarılması ilə eyni zamanda tərəflər yolların, dəmir yollarının, elektrik rabitə xətlərinin açılması, ticarət münasibətlərinin digər münasibətlərin bərpası məqsədilə bütün tədbirləri, o cümlədən buna mümkün qədər qısa müddətdə nail olmaq üçün bütün lazımi işləri 3-cü əlavədə şərh edilmiş cədvələ konkret müddəalara müvafiq surətdə dərhal həyata keçirirlər. Tərəflər, etnik azlıqlar da daxil olmaqla, hamının bu əlaqələrdən istifadə etməsinə təminat verir, bu azlıqların regionun digər yerlərindəki öz etnik qrupları ilə ünsiyyətdə olmasını təmin edirlər. Tərəflərdən hər biri bütün blokadaları aradan qaldırmağı yüklərin, adamların bütün digər tərəflərə maneəsiz daşınmasını təmin etməyi öhdələrinə götürürlər. Tərəflər öz aralarında sərbəst təhlükəsiz dəmiryolu əlaqəsinə təminat verirlər.

VII. Tərəflər münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin tezliklə təhlükəsiz qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdırılması bütün cənazələrin qalıqlarının qaytarılmasının, yenidənqurma məqsədləri ilə ayrı-seçkilik qoyulmadan humanitar yardımın köməyin Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınların işləri üzrə ali komissarının digər beynəlxalq təşkilatların nəzarət etdikləri ərazidən münaqişə zamanı zərər çəkmiş rayonlara çatdırılmasının təmin olunması üçün onlarla tam əməkdaşlıq edirlər. Tərəflər etimadı möhkəmlətmək tədbirlərinin həyata keçirilməsində Daimi Qarışıq Komissiya (DQK) vasitəsilə ATƏT SMƏ ilə əməkdaşlıq edirlər.

VIII. Tərəflər bu sazişin Azərbaycana Dağlıq Qarabağa aid problemlər barəsində müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal Daimi Qarışıq Komissiya yaradırlar. DQK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, sədrin bir müavini Azərbaycandan, bir müavini isə Dağlıq Qarabağdandır. DQK-nın əsas vəzifəsi sazişin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir; ATƏT-dən olan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiya verilməsi daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar mədəni yardımçı komissiyaları rabitə üzrə yardımçı komissiyası olur. DQK-nın strukturu, funksiyaların ona aid başqa təfərrüatları 4-cü əlavədə şərh edilmişdir.

IX. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmalarının qarşısının alınmasına kömək edilməsi, hər iki ölkənin sərhəd qoşunları digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqələr qurulması yolların, dəmir yollarının, rabitənin, boru kəmərlərinin açılmasına, ticarət münasibətlərinin başqa münasibətlərin bərpası tədbirlərinə nəzarət olunması bu tədbirlərə kömək göstərilməsi üçün dərhal Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAHK-nın iki həmsədri olur: biri Ermənistandan, biri Azərbaycandan. Komissiyaya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi nümayəndə daxildir. EAHK-ın strukturu, funksiyaları ona aid digər təfərrüatları 5-ci əlavədə şərh olunmuşdur. Azərbaycan Respublikası Ermənistan Respublikası bir-birlərinin paytaxtlarında əlaqə büroları yaradırlar.

X. Azərbaycan Respublikası Ermənistan Respublikası hərbi tarazlıq Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə tam əməl edilməsi daxil olmaqla, regionda təhlükəsizliyin artmasını təmin etmək məqsədilə müvafiq beynəlxalq regional forumlarda ikitərəfli çoxtərəfli danışıqlara qoşulurlar.

XI. Bu müqavilədə üç tərəf, beləliklə, münaqişənin hərbi cəhətinə son qoyaraq Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini Laçın, Şuşa Şaumyan rayonlarının problemlərinin həllini əhatə edən siyasi cəhət daxil olmaqla, münaqişənin bütün başqa cəhətlərinin hərtərəfli həllinə təxirə salınmadan nail olmaq üçün Minsk Konfransı həmsədrlərinin müvafiq surətdə ATƏT-in fəaliyyətdə olan sədrinin dəvət etdiyi digər tərəflərin köməyi ilə danışıqları vicdanla davam etdirməyə razılaşırlar; bu danışıqlar yolu ilə nizamasalmaya nail olduqdan yuxanda göstərilən üç tərəf onu imzaladıqdan sonra belə nizamasalma mümkün qədər tezliklə çağırılan Minsk Konfransında beynəlxalq birlik tərəfindən tanınmalıdır.

XII. Tərəflərdən hər biri digər tərəflərin onların əhalisinin təhlükəsizliyinə tamamilə hörmət edir. Tərəflər öz xalqları arasında ticarətə normal qarşılıqlı fəaliyyətə kömək göstərərək onların arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi bu sazişi, yaxud xoş münasibətləri sarsıda biləcək bəyanatlardan ya hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər.

XIII. Sülhün qorunması və qoşunların çıxarılmasına nəzarət barədə yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini, o cümlədən 1992-ci ilin Helsinki sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri və öhdəlikləri xatırladaraq, ATƏT bu sazişin bütün cəhətlərinin tamamilə həyata keçirilməsinə müvafiq mexanizmlər vasitəsilə nəzarət edir və sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür. Bu sazişin şahidləri ATƏT-in Daimi Şurası və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə fəaliyyət göstərərək onun tam şəkildə həyata keçirilməsinə kömək edirlər. Bu saziş ciddi şəkildə pozulduğu təqdirdə onlar zəruri tədbirlər barəsində öz aralarında məsləhətləşir, ATƏT-in fəaliyyətdə olan sədrinə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının baş katibinə dərhal məlumat verir və ATƏT-in Daimi Şurasından, yaxud BMT-nin Təhlükəsizlik Şurasından bununla əlaqədar müvafiq hərəkətləri nəzərdən keçirməyi xahiş edirlər.

XIV. Tərəflər Dağlıq Qarabağın onun əhalisinin və qayıdan köçkün şəxslərin təhlükəsizliyinə təminat da daxil olmaqla, bu sazişin müddəalarına əməl olunmasını təmin etmək və bu sazişdən irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək barədə öz üzərilərinə qarşılıqlı öhdəliklər götürürlər.

XV. Bu saziş imzalandıqdan və ratifikasiya olunduqdan sonra qüvvəyə minir və hərtərəfli nizamasalma barədə XI bənddə xatırladılan istisnalarla birlikdə qüvvədə qalır. Bu saziş bütün tərəflərin razılığı ilə dəyişdirilə, ona əlavələr edilə və o, dayandırıla bilər.

2 dekabr 1997-ci il

 

 

Mövqe.- 2011.- 12 aprel.-S.10.